Şriftin ölçüsü :

Saytın rəngi :

Ə.Ələkbərov küçəsi, 522-ci məhəllənin sakinləri ilə səyyar qəbul-görüş keçirildi

17 aprel 2018 | 11:00

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü 2 nömrəli Sahə İnzibati Dairəsinin ərazisində, Ə.Ələkbərov küçəsi, 522-ci məhəllənin sakinləri ilə keçirildi. Səyyar qəbul-görüşdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə və xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirdi ki, aprelin 11-də ölkəmizdə şəffaf, ədalətli, Azərbaycan Respublikasının qanunlarına tam uyğun şəkildə keçirilən prezident seçkiləri xalqımızın iradəsini əks etdirdi. Ölkə vətəndaşlarının inandığı, ümid bəslədiyi şəxs, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev seçkilərdə inamlı qələbə qazandı.

Sonra görüşdə sakinlərdən E.Kərimova, H.Salayeva, N.Qasımov, Ş.Cəfərbəyova, Ş.Hüseynov, R.Əhmədov, R.Həsənova məhəllələrin abadlaşdırılması, dam örtüklərinin təmir olunması, küçənin asfalt örtüyünün təmiri , ağacların budanması və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciət etdilər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov görüşdə qaldırılan problemlərin həlli istiqamətində zəruri tədbirlərin görüləcəyini əminliklə qeyd edərək, məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Rayon sakinləri dövlətimizin başçısı İlham Əliyevin yenidən prezident seçilməsini Azərbaycan xalqının ona sonsuz sevgisi və hədsiz inamı kimi dəyərləndiriblər. Həmçinin əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər