Şriftin ölçüsü :

Saytın rəngi :

Həzi Aslanov küçəsində yanmış binanın sakinləri Novruz bayramını yeni mənzillərində qarşılayırlar

20 mart 2018 | 11:00

Son illər ölkənin hər yerində abadlıq-quruculuq işləri getdikcə geniş vüsət alır. Bu istiqamətdə icra olunan tədbirlər çərçivəsində şəhər və rayonların küçələri də planlı şəkildə yenidən qurulur. Bu işlər Yasamal rayonunda da sürətlə davam etdirilir.

Paytaxtın Yasamal rayonunun bir qrup sakininin də məişət qayğısına elə bayram günündə son qoyuldu.

Ötən ilin yanvar ayında rayonun Həzi Aslanov küçəsində yanan üçmərtəbəli beş mənzilli bina dövlətin dəstəyilə yenidən əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verildi. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov yeni mənzillərin açarlarını təqdim edərkən bildirdi ki, 1907-ci ildə inşa olunan bina yanğın zamanı yararsız vəziyyətə düşmüşdür. Yanğına məruz qalan evin layihə sənədləri rayonun Mənzil Kommunal Təsərrüfat Birliyinin sifarişi ilə Fövqəladə Hallar Nazirliyinə təqdim olunaraq təsdiq edilmişdir.Yeni layihəyə uyğun olaraq qurulan binada əsaslı təmir işləri yüksək səviyyədə həyata keçirilib. Evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb, istilik sistemi və rabitə xəttləri ilə təchiz olunub. Sakinlər Novruz bayaramını öz yeni mənzillərində qeyd edəcəklər.

Mənzil sahibləri binanın bayram günündə istifadəyə verilməsini dövlətin vətəndaşlara göstərdiyi diqqətin bariz nümunəsi olduğunu bildirdilər. Onlar dövlətimizə minnətdarlıqlarını bildirib xalqımızı Novruz bayramı münasibətilə təbrik etdilər.

Sonra tam təmirli mənzillərin açarları sakinlərə təqdim olundu.

Keçidlər