Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olundu

06 mart 2018 | 11:00

Yasamal Rayon İcra Hakimiyyətinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “ İdeal” şadlıq sarayında 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirildi.

Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov bayram münasibətilə qadınlarımı təbrik edərək bildirdi ki, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam və inkişaf etdirdiyi mütərəqqi siyasi kursun ayrılmaz tərkib hissəsi kimi qadınların sosial-iqtisadi, siyasi həyatın bütün sferalarında normal fəaliyyətlərinin təmin edilməsi, onların cəmiyyətdə rolunun artırılması və gender bərabərliyinin təmin edilməsi sahəsində mühüm işlər görülüb. Azərbaycanda qadın və ailə problemlərinin həlli, ana və uşaq sağlamlığının qorunması, təhsili və tərbiyəsi sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əldə olunmuş uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın misilsiz xidmətləri var. Onun ölkə daxilində və beynəlxalq aləmdə humanist məqsədlərə xidmət edən çoxcəhətli fəaliyyəti Azərbaycan qadınının adını yüksəldir və hər bir fəal qadına örnəkdir. Hər il Beynəlxalq Qadınlar Günü ərəfəsində Prezident İlham Əliyev ənənəvi olaraq respublikamızın ictimai həyatında və öz fəaliyyət sahələrində fərqlənən bir qrup qadına vətənin yüksək mükafatının və fəxri adların verilməsi ilə bağlı sərəncam imzalayıb. Bu, Azərbaycan cəmiyyətində xüsusi yer tutan qadınlarımızın fəaliyyətinə ölkə başçısı tərəfindən verilən yüksək dəyərin və dövlətimizin qadına göstərdiyi qayğı və diqqətin bariz nümunəsidir.

İcra başçısı Əziz Əzizov həmçinin bildirdi ki, “dünyanın heç bir yerində Azərbaycan qadınları qədər gözəl qadınlar görməmişəm” deyən, 8 Martı “ən gözəl bayram” adlandıran ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərliyinin hər iki dövründə qadınların ümumi inkişafı, onların ictimai həyatda layiqli yer tutması üçun məqsədyönlü, ardıcıl tədbirlər həyata keçirmişdir. Ulu öndərin təşəbbüsü ilə Azərbaycanda qadın siyasəti üzrə ayrıca dövlət qurumu yaradılmışdır. Ölkəmiz qadın məsələsi üzrə beynəlxalq qanunvericiliyin tələblərinə tam əməl edir.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti Aparatında və elm, təhsil, səhiyyə, mədəniyyət sahəsində çalışan, dairə seçki komissiyalarında və digər qurumlarda fəaliyyət göstərən, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadınlar Yasamal rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif edildilər. Bayram tədbirində iştirak edən bütün qadınlara da hədiyyələr təqdim olundu.

Bayram tədbirində xalq artistləri, əməkdar artistlər, tanınmış incəsənət ustaları, 4 saylı Uşaq İnkişaf Mərkəzinin rəqs qrupu, A.Şərifzadə adına və İ.Əbilov adına Mədəniyyət Mərkəzlərinin ansanblları çıxış etdilər.

Keçidlər