Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar- Memorial abidə kompleksi önündə tədbir

20 yanvar 2018 | 11:00

20 Yanvar faciəsi xalqımızın qan yaddaşına hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi yazılıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın yeni tarixi yazıldı. 20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsinə ən parlaq səhifələrindən biri kimi daxil oldu.

Yasamal Rayon İcra Hakimiyyəti 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan tədbir keçirdi. 20 Yanvar Memorial Abidə Kompleksində təşkil olunan tədbir, bütün ölkə ərazisində olduğu kimi, bir dəqiqəlik sükutla başladı. Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamov rayon abidə önünə əklil qoyaraq şəhidlərin xatirəsini ehtiramla yad etdi. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Tədbirdə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Dövlət Təhlükəsizlik Xidmətinin rayon idarəsinin rəisi İlham Qasımzadə, rayon Bələdiyyəsinin sədri Zakir Cəfərov, Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov,  Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Qulu Novruzov  və digər idarə, müəssisə, təşkilat rəhbərləri Abidə önünə əklillər düzərək şəhidlərin əziz xatirəsini yad etdilər. Rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və gənclər abidə kompleksinin önünə gül dəstələri düzərək Azərbaycanın suverenliyi və azadlığı uğrunda şəhid olanların xatirəsini andılar. 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşən Yasamal Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Səməd İslamov bildirdi ki, faciəyə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verildi. Vurğuladı ki, ölkəmizin müstəqilliyi yolunda canlarını fəda etmiş şəhidlərin xatirəsi daim əziz tutulacaq. XX əsrin ən qanlı hadisələrindən biri olan bu dəhşətli faciədən 28 il ötsə də, baş verənlər unudulmayıb və xalqımızın qan yaddaşına əbədi yazılıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərimiz azadlığa gedən yolumuzda ilk cığırlar açdılar. Dövlət müstəqilliyimizin bərpası, azad həyatımız üçün ilk növbədə onlara borcluyuq.

Keçidlər