Şriftin ölçüsü :

Saytın rəngi :

Başçının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat iclası keçirildi

11 yanvar 2018 | 11:00

Yasamal rayon 53 nömrəli tam orta məktəbin akt zalında Yasamal rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2017-ci il ərzində gördüyü işlər haqqında hesabat iclası keçirildi.

İclasa sədrlik edən Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova 2017-ci il ərzində rayonda görülən işlərdən söz açdı. Bildirdi ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırıqları əsasında ölkəmizdə abadlıq və quruculuq işlərinə xüsusi diqqət göstərilir. Buna görə də indi respublikamızın bütün şəhər və rayonlarında genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır, səliqə-sahman yaradılır. Ölkə Prezidentinin tikinti-quruculuq və abadlıq işlərinin zövqlə, günün tələbləri səviyyəsində aparılmasına dair göstəriş və tövsiyələri təsərrüfat subyektlərinin üzərinə böyük məsuliyyət qoyur. Məhz buna görədir ki, son zamanlar ölkədə aparılan abadlıq-quruculuq və yenidənqurma işləri zövq oxşayır, şəhər, kənd və qəsəbələrin simasına əlavə yaraşıq gətirir. Bu baxımdan paytaxtın Yasamal rayonunda da görülən işlər, həyata keçirilən tədbirlər də diqqəti cəlb edir. Ötən il Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Yasamal rayonunun Sovetski adlanan ərazisində yeni yolların , Mətbuat prospektində parkın, Ürək Mərkəzinin, 20 saylı məktəb-liseyin açılışlarında iştirak etmişlər. Qeyd etdi ki, dekabr ayının sonunda Yasamal rayon İcra Hakimiyyəti tərəfindən üç yeni abad məhəllənin istifadəyə verilməsi bayramqabağı Yasamal sakinlərinə böyük töhfə olmuşdur.

Hesabat məruzəsi ilə çıxış edən Yasamal rayon İcra Hakimiyyəti Başçısının 2 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Mehman Muxtarov qeyd etmişdir ki, nümayəndəlik 20.586 ailə təsərrüfatı 68.254 təsərrüfat üzvündən ibarətdir. Yasamal rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi 2017-ci ildə öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsanamə” yə və Yasamal rayon İcra Hakimiyyəti Başçısının Sərəncam və tapşırıqlarına əsasən həyata keçirmişdir. Hər il olduğu kimi, 2017-ci ildə nümayəndəlik tərəfindən ev təsərrüfatlarının uçotu kitabları yoxlanılmış, aparılmış qeydlər bir daha dəqiqləşdirilmiş və bu işlər il ərzində mütəmadi olaraq davam etdirilmişdir. 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik fəaliyyəti dövründə əraziyə xidmət göstərən Mənzil Kommunal İstismar Sahələri və digər qurumlarla sıx əlaqə yaradaraq, rayon İcra Hakimiyyəti başçısının Sərəncam və göstərişlərinin icra edilməsi məqsədilə onların fəaliyyətinin koordinasiya edilməsinə çalışmışdır. Ərazinin sanitar vəziyyəti, küçələrin süpürülməsi, məişət tullantılarının vaxtında daşınması daimi nəzarətdə saxlanılmış, aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində operativ işlər görülmüş, ərazidə aparılan qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə tədbirlər görülmüş, nəticələri barədə Rayon İcra Hakimiyyətinə mütəmadi olaraq məlumat verilmişdir. Mənzil Kommunal İstismar Sahələri tərəfindən yaşayış binalarında təmirə ehtiyacı olan dam örtükləri, su axıdıcı borular, keçid meydançaları və pilləkən qəfəsləri cari təmir olunmuşdur.

Hesabatda Akademik Kərim Kərimov , Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyin rayon təşkilatının sədri Bəhram Şeydayev, 53 nömrəli məktəbin tarix müəllim Şair Quliyev, Z.Xəlilov küçəsi 553-cü məhəllə Ağsaqqalar şürasının sədr müavini İmran Əhmədov, çıxış edərək nümayəndəliyin 2017-ci il ərzində gördüyü işlər haqqında danışaraq hesabatın qənaətbəxş olduğunu qeyd etmişlər.

Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər