Şriftin ölçüsü :

Saytın rəngi :

“Xəmsə” milli intellektual oyununun Bakı şəhəri üzrə zona mərhələsinin qalibləri müəyyənləşdi

01 dekabr 2017 | 11:00

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda “Xəmsə” Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında V Azərbaycan çempionatının Bakı şəhəri üzrə zona mərhələsi keçirilib.

İntellektual oyunda paytaxtın 11 rayonundan 16 komanda iştirak edib. Yarış maraqlı və sağlam rəqabət şəraitində keçib. İştirakçılara verilən suallar  tarix, coğrafiya, kimya, fizika, məntiq və dünyagörüşünü əhatə edib.

Yarışın yekununda Xətai rayonunun “Humanitar” komandası bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub. Yasamal rayonunun “Boz qurd” komandası ikinci, Xətai rayonunun “Zəkalar” kollektivi üçüncü, Nizami rayonunun “Zəngi” komandası isə dördüncü yerə layiq görülüblər.

Zona mərhələsində mükafata layiq görülən hər bir komanda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

Yasamal rayonunu təmsil edən komandanın tərkibi Yasamal rayon 158 saylı məktəbin şagirdlərindən ibarət olub.

Bakı şəhəri üzrə zona mərhələsində mükafata layiq görülmüş komandalar “Xəmsə” Milli İntellektual Oyunu üzrə birinci Azərbaycan çempionatının final mərhələsinə vəsiqə qazanıblar.

İştirakçıların hamısına uğurlar arzulayırıq!

Keçidlər