Şriftin ölçüsü :

Saytın rəngi :

"Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasının iştirakçıları ilə görüş keçirildi

07 noyabr 2017 | 11:00

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən Yasamal rayon orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan məktəblilərin «Ölkəmizi tanıyaq» devizi ilə maarifləndirici tur-aksiyaları təşkil olunmuşdur.Bu tur aksiyalar qədim tariximizin, bölgələrdə olan maddi-mədəniyyət abidələrimizin, adət-ənənələrimizin öyrənilməsi baxımından məktəblilərin yaddaşında əvəzsiz iz buraxmışdır. İştirakçıların bir çoxu ölkəmizin bölgələrində ilk dəfə olmuş və çox böyük təəssüratlarla paytaxtımıza qayıtmışlar.Sayca 8-ci tur-aksiya çərçivəsində Yasamal rayonundan olan 40 nəfər məktəbli növbəti dəfə səfərə yola düşəcəklər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 11-14 noyabr 2017-ci il tarixlərdə «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün növbəti maarifləndirici tur-aksiyası təşkil olunmuşdur. Bu tur aksiyada Yasamal rayon məktəbliləri Lənkəran - Masallı - Astara rayonlarına səfər edəcəklər. Doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur-aksiyaların əhəmiyyəti çox böyükdür.

Noyabr ayının 7-də Yasamal rayon Heydər Əliyev Mərkəzində tur –aksiyada iştirak edəcək Yasamal rayon məktəbliləri ilə görüşdə çıxış edən Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova şagirdlərə turun məqsədi barədə məlumat vermiş, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulamışdır. Bildirildi ki, tur-aksiya zamanı məktəblilərin Lənkəranda Hirkan Milli Parkına, Xanbulan gölünə, çay plantasiyaları və sitrus meyvə bağlarına, Masallıda Viləşçay su anbarına, Astarada Yanar Bulağa, Astara çay fabrikinə ekskursiyaları təşkil olunacaqdır. Həmçinin bu şəhərlərdə Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkəzinə, Bayraq Meydanına, muzeylərə, Olimpiya İdman Komplekslərinə və digər tarixi yerlərə də səfərləri təşkil olunacaqdır.

«Ölkəmizi tanıyaq» tur aksiyası üçün rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən 40 nəfər şagird seçilmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən qrupa rəhbər təyin olunmuş, şagirdləri müşayət edəcək müəllim və həkim heyəti seçilmişdir. Şagirdlər üçün xususi geyimlər, mübadilə məqsədilə xatirə hədiyyələri və tələb olunan ləvazimatlar alınıb, turun marşrutu, tədbir iştirakçılarının qalacağı otel və s. müəyyən olunub, qrup nəqliyyat vasitəsi ilə təmin olunmuşdur.

Görüşdə çıxış edən valideyinlər və müəllimlər məktəblilərə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

Tədbirin sonunda təşkil olunmuş konsert proqramı tədbir iştirakçılarında, valideynlərdə və məktəblilərdə xoş ovqat yaratdı. Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirildi.

Keçidlər