Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində yola düşdülər

11 noyabr 2017 | 11:00

Yasamal rayon orta ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 40 şagird “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Lənkəran şəhərinə yola düşmək üçün Yasamal rayon Heydər Əliyev Mərkəzinə toplaşdılar. “Ölkəmizi Tanıyaq” marifləndirici tur-aksiyasında iştirak edən Yasamal rayon  məktəbliləri 4 gün davam edəcək tur-aksiyada Lənkəran-Astara-Masallı üzrə bu rayonların müasir həyatı, tarixi,irsi, adət-ənənələrivə özünəməxsus xüsusiyyətləri ilə tanış olacaqlar. Təntənəli yolasalmada valideynlər, müharibə və əmək veteranları, müəssisə və təşkilat rəhbərləri, eləcə də rayon ictimaiyyəti iştirak etdilər.

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində ulu öndərin abidəsini ziyarət edib gül dəstələri qoydular, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başcısının müavini Təravət  Muradova vurğuladı ki,  “Ölkəmizi Tanıyaq” lahiyəsi şagirdlərin hərtərəfli inkişafı, dünyagörüşlərinin zənginləşməsi, vətənpərvərlik və Azərbaycançılıq prinsipləri əsasında  tarixi mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir. Bildirdi ki, məktəblilər Lənkəran-Astara-Masallı istiqaməti üzrə səfər edəcək, tarixi məkanlarla, yeni tikililərlə yaxından tanış olacaqlar, respublikamızın regionlarına səyahət şagirdlərdə xalqımızın malik olduğu multikultural dəyərlər barədə hərtərəfli təsəvvür formalaşdırır. Bu maarifləndirici tur-aksiya gənclərin tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına böyük töhfə verir.Bu layihənin məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə kömək edir, məktəblilər tur-aksiya zamanı Vətənimizin inkişafını öz gözləri ilə görür və yeni biliklər əldə edirlər.

Çıxış edən şagirdlər, müəllimlər, valideynlər bu şəraiti  yaratdığı üçün dövlətimizin başçısı Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Tədbirdə incəsənət gimnaziyası və Yasamal rayon 22 saylı Musiqi Məktəbinin şagirdləri bədii kompozisiyalarla çıxış etdilər.

Sonra Yasamal rayon İcra Hakimiyyəti  tərəfindən 40 nəfərlik tur-aksiya iştirakçılarına xatirə hədiyyələri verildi, bayraq rəmzini bildirən şarlar havaya buraxıldı və iştirakçılar onlar üçün ayrılan xüsusi avtobusla Lənkəran şəhərinə yola salındılar.

Keçidlər