Şriftin ölçüsü :

Saytın rəngi :

“Mənim bayrağım” mövzusunda bədii qiraət-şer müsabiqəsi keçirildi

03 noyabr 2017 | 11:00

Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdə 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Mənim bayrağım” mövzusunda 8-ci şer müsabiqəsi keçirildi. Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrinin davam etdirilməsinə nail olmaq, yeniyetmə və gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərini gücləndirmək və onlar arasında dövlət atributlarının təbliğidir.

Münsiflər heyətinin qərarına  müvafiq olaraq 7-10 yaş qrupu üzrə I yerə 20nömrəli tam orta məktəb-liseyin şagirdi Xədicə Hacıyeva, II yerə 20 nömrəli tam orta məktəb-liseyin şagirdi Məhəmməd Niftəliyev, III yerə 31nömrəli tam orta məktəbin şagirdi Nərgiz Abidi, 11-14 yaş qrupu üzrə I yerə 60 nömrəli tam orta məktəbin şagirdi Ayan Şükürova, II yerə 13 nömrəli tam orta məktəbin şagirdi Samirə Qurbanlı, III yerə 53 nömrəli tam orta məktəbin şagirdi Gülsüm Aslanova, 15-17 yaş qrupu üzrə I yerə 308 nömrəli tam orta məktəbin şagirdi Nicat Mustafayev, II yerə 158 nömrəli tam orta məktəbin şagirdi Əzizəxanım Kazımova, III yerə 173 nömrəli tam orta məktəbin şagirdi Lamiyə Dərgahova layiq görüldülər.

Keçidlər