Şriftin ölçüsü :

Saytın rəngi :

Orta ümumtəhsil məktəbliləri arasında 64 xanalı dama üzrə rayon birinciliyi keçirildi

26 oktyabr 2017 | 11:00

Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 25-26 oktyabr tarixində  “Şahmat-Dama Klubu” İctimai Birliyində 64 xanalı dama üzrə rayon birinciliyi keçirilmişdir. Birinciliyin keçirilməsində məqsəd dama idman növünün rayon ərazisində təbliğ və inkişaf etdirmək, rayon məktəbliləri arasında bədən tərbiyəsi və idmana, o cümlədən stolüstü oyunlara maraqlarının dolğun şəkildə təmin olunması, bacarıqların üzə çıxarılması və dəstəklənməsi, perspektivli idmançıları müəyyənləşdirməkdən ibarətdir.

Yarışın yekun nəticələrinə əsasən I yerə- Akademik Zərifə Əliyeva adına liseyin komandası, II yerə- Fizika-Riyaziyyat və İnformatika Təmayüllü liseyin komandası, III yerə- 13 nömrəli tam orta məktəbin komandası layiq görüldü.

Birinciliyin qalibi adını qazanmış komanda Bakı şəhəri üzrə keçiriləcək final mərhələsinə vasiqə əldə etdi.

Keçidlər