Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda “Heydər Əliyev İslam Həmrəyliyi ideyasının banisidir” mövzusunda mühazirələr keçirildi

15 sentyabr 2017 | 11:00

Sentyabrın 15-də Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Təhsil Nazirliyi birgə bir sıra təhsil müəssisələrində “İslam Həmrəyliyi İli” və 15 sentyabr-Bilik gününə həsr edilmiş “Heydər Əliyev İslam Həmrəyliyi ideyasının banisidir” mövzusunda mühazirələr keçirdi. Yasamal rayonunda fəaliyyət göstərən 2 nömrəli Bakı Baza Tibb Kollecində Azərbaycan Respublikası Milli Məclisinin üzvü Qüdrət Həsənquliyevin, 1 nömrəli Bakı Tibb Kollecində AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadənin və Azərbaycan Dövlət Pedaqoji Kollecində AMEA Hüquq və İnsan Haqları İnstitutunun elmi işçisi, fəlsəfə doktoru Xaqan Balayevin mövzu ətrafında məruzələri maraqla dinlənilmişdir.

Qeyd edək ki, bir sıra təhsil müəssisələrində oxunan “Heydər Əliyev İslam Həmrəyliyi ideyasının banisidir” mövzusunda mühazirələr Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin 10 fevral 2017-ci il tarixli 30 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi ili” elan edilməsinə dair Tədbirlər Planı”ndan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə həyata keçirilir.

Keçidlər