Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon Heydər Əliyev Mərkəzində nikah mərasimləri keçirildi

29 avqust 2017 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində nikah mərasimləri keçirildi.
Yasamal rayon Heydər Əliyev Mərkəzində yeni ailə quran cütlüklərin nikah mərasimləri keçirildi.
Gənclər, həmişə olduğu kimi, əvvəlcə ulu öndər Heydər Əliyevin Mərkəzdəki büstü önünə gül dəstələri qoyaraq, xatirəsinə ehtiramlarını bildirdilər. Sonra Yasamal rayon Qeydiyyat şöbəsinin aparıcı mütəxəssisi tərəfindən nikah aktının bağlanması mərasimi həyata keçirildi və yeni ailə quran gənclərə cəmiyyətimizin müqəddəs təməl daşı olan ailə dəyərlərinə hər zaman sadiq qalmaq arzulandı. Ailə həyatı quran gənclərin valideynləri, qohumları və doğmaları onları təbrik edərək ailə dəyərlərini uca tutmağı tövsiyə etdilər.
Yeni ailə quranlar bu günün onlar üçün əlamətdar hadisə olduğunu və nikah mərasiminin Heydər Əliyev Mərkəzində keçirilməsini həyatlarının ən xoş anları kimi xatırlayacaqlarını bildirdilər.

Keçidlər