Şriftin ölçüsü :

Saytın rəngi :

Olimpiadada medal qazanan məktəblilərimiz Vətənə qayıdıblar.

15 iyul 2017 | 11:00

       Tailandda keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında medal qazanan məktəblilərimiz Vətənə qayıdıblar. Qalibləri Heydər Əliyev Beynəlxalq Hava limanında Təhsil Nazirliyinin əməkdaşları, valideynləri, müəllimləri, sinif yoldaşları və media nümayəndələri qarşıladılar.
     Olimpiadadan məktəblilərimiz bir qızıl, bir gümüş, bir bürünc medal qazanıblar. Akademik Zərifə Əliyeva adına Liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Ramil Babazadə 78 ölkənin məktəblilərinin iştirakı ilə keçirilən olimpiadada qızıl medal qazanıb. O, eyni zamanda, bu il keçirilən respublika fənn olimpiadasında qalib gələrək “Birincilərin birincisi” nominasiyasına layiq görülüb.
     Bu mötəbər elm yarışında, həmçinin Bakı şəhəri 160 nömrəli klassik gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov gümüş, Lənkəran şəhəri 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Turan Məmmədli isə bürünc medal qazanıb.

Keçidlər