Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirildi.

22 iyun 2017 | 11:00

Yasamal rayonundakı Heydər Əliyev mərkəzində 26 iyun-Silahlı Qüvvələr Günü münasibətilə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon təşkilatı tərəfindən geniş və yaddaqalan mərasim keçirildi.   
Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və qonaqlar iştirak edirdilər. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Silahlı Qüvvələr Günü ilə bağlı yığıncaqda birliyin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev tədbiri açaraq qeyd etdi ki, dövlət müstəqilliyimizin, milli təhlükəsizliyimizin, xalqın əmin-amanlıq içərisində yaşamasının təminatçısı olan ordumuz son illərdə daha da möhkəmlənmiş, qüdrətlənmiş, mütəşəkkil hərbi qüvvəyə çevrilmişdir. Azərbaycan ordusu regionun ən güclü ordusudur və istənilən təcavüzün qarşısını almağa, hücum tapşırığını yerinə yetirməyə qadirdir.
Mərasimdə tarix elmləri üzrə fəlsəfə doktoru Hakim İsaqov Azərbaycanda ordu quruculuğu ilə bağlı geniş məruzə ilə çıxış etdi. Bildirdi ki, bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin Prezident kimi fəaliyyətində ordu quruculuğu məsələləri prioritetdir.
26-iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ilə bağlı keçirilən tədbirdə müharibə veteranı, Texniki Universitetin dosenti İradə Dərvişova, müharibə veteranı, polkovnik-leytenant Hikmət Bəndiyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Aris Məmmədov, müharibə veteranı, kapitan Əkbər Mirzəzadə, akademik Kərim Kərimov, Milli Qəhrəman Vahid Quliyev, Yasamal rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirinin müavini Vaqif Məmmədov və başqaları çıxış etdilər.
Sonda bir qrup müharibə əlili “Vətən naminə” medalı ilə mükafatlandırıldı.

Keçidlər