Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal məzunlarına “Son zəng”çalındı

14 iyun 2017 | 11:00

Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 2016-2017-ci tədris ilinin yekunu ilə əlaqədar bu gün respublikanın ümumtəhsil məktəblərində "Son zəng" günü qeyd edildi. Yasamal rayonunun da  bütün tam orta məktəblərində «Son zəng»in sədası eşidildi. Bununla əlaqədar məktəblərdə müəllim və şagird kollektivi tərəfindən hazırlıq işləri görülmüş və bu günün məzunların yaddaşlarında uzun illər ərzində qalması üçün əllərindən gələni əsirgəməmişlər.
Yasamal rayon İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları rayonda yerləşən ümumtəhsil məktəblərinin “Son zəng” tədbirlərində iştirak etdilər.
Ötən tədris ilində rayonun orta təhsil məktəblərində təhsilini başa vurmuş 1939 buraxılış məzunlarından 1224 nəfəri yüksək nəticələr göstərərək tələbə adını qazanmışlar. Bu da ümumi sayın 64 faizini təşkil edir. 118 məzun 600-dən yuxarı bal toplamış, 9 nəfər Prezident təqaüdünə layiq görülmüş, 23 nəfər qızıl, 5 nəfər isə gümüş medallarla məktəbi bitirmişlər.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsil sahəsində aparılan siyasət, ölkədə təhsilin səviyyəsinin artırılması milli təhsilimizin inkişafına öz təsirini göstərməkdədir.  Təhsil müəssisələrinin əsaslı təmiri, yenilərinin tikintisi, onların bütün ləvazimatlarla təminatı, təhsil işçilərinə olan qayğı Azərbaycan Respublikasının Birinci Vitse - Prezidenti Mehriban xanım Əliyevanın təhsilə olan diqqətinin bariz nümunəsidir. Əminliklə deyə bilərik ki, bu günki məzunlarımız xalqımızın gələcəyi naminə görülən böyük işlərin iştirakçı-larına çevriləcəklər.
“Son zəng” tədbirlərində 11-ci sinif şagirdləri hazırladıqları şer, mahnı və rəqslərdən ibarət çıxışlarla  məktəb həyatına əlvida dedilər, doğma məktəbə və onlara dərs deyən müəllimlərə minnətdarlıqlarını bildirdilər.
Müstəqil həyatın  astanasında duran məzunlara uğurlar, məktəbin pedaqoji kollektivinə gələcək işlərində uğurlar arzulandı.

Keçidlər