Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu.

01 iyun 2017 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar bizim nurlu sabahımızdır” adlı tədbir keçirildi.
Tədbirdən öncə Yasamal Rayon İcra Hakimiyyətinin foyesində Ulu öndər Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri qoyuldu,sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova giriş nitqi ilə çıxış edərək uşaqları bayram münasibətilə təbrik etdi və ölkəmizdə uşaqlara xüsusi diqqət və qayğının olduğunu diqqətə çatdırdı. Həmçinin uşaqların Vətənə layiqli vətəndaşlar kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövlətinin hər cür şərait yaratdığını vurğuladı. T.Muradova bildirdi ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tez-tez uşaq evləri və internat məktəblərində olur, ölkəmizin balaca sakinlərinin gündəlik qayğıları, təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının təşkili ilə maraqlanır, uşaq evlərində məskunlaşan balacalara əsl ana qayğısı göstərilir.
Tədbirdə Abbas Mirzə Şərifzadə adına Mədəniyyət Mərkəzinin və Uşaq Yaradıcılıq Mərkəzinin istedadlı şagirdləri konsert proqramı ilə çıxış etdilər, mərkəzin və Avropa-Azərbaycan məktəbinin şagirdlərinin gildən hazırlanmış əl işləri, şəbəkə və ipək üzərində tikmə işləri nümayiş olundu.
Sonda tədbir iştirakçılarına fəxri fərman və hədiyyələr təqdim olundu, Azərbaycan bayrağının rənglərini özündə əks etdirən şarlar havaya buraxıldı.

Keçidlər