Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Vətən Müharibəsində Qələbənin 72 illiyi qeyd olundu

09 may 2017 | 11:00

Rayon icra hakimiyyətinin, idarə və müəssisə rəhbərliyi və kollektivlərinin, həmçinin müharibə və əmək veteranlarının iştirak etdikləri tədbirdə əvvəlcə Mehdi Hüseynzadənin abidəsi önünə əklillər, gül-çiçək dəstələri düzüldü. Sonra müharibə veteranları ilə görüş keçirildi. Qeyd olundu ki, İkinci dünya müharibəsində faşizm üzərində Qələbədən 72 il keçməsinə baxmayaraq, müharibənin dəhşətləri hələ də unudulmamışdır. Bu amansız müharibə 50 milyondan çox insanın ömrünə son qoymuş, minlərlə şəhər, qəsəbə və kənd viran edilmişdir. Bəşər tarixində ən dəhşətli müharibədə şanlı Qələbənin qazanılmasına Azərbaycan xalqı da böyük töhvələr vermişdir.
Müharibə veteranı Bəkir Məmmədov bu görüşə gəlməzdən əvvəl Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun büstü önündə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə görüşdüklərini bildirmiş, dövlətin veteranlara göstərdiyi diqqət və qayğıdan söhbət açmış, müharibə veteranlarına min manat birdəfəlik yardım edilməsindən və qarşılaşdıqları problemlərin aradan qaldırılmasında göstərilən köməkdən razılığını bildirdi.
İkinci dünya müharibəsində təyyarəçi kimi xidmət etmiş Damət Nəbiyev ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra müharibə veteranlarına dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyini bildirdi, bu siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün də davam etdirildiyini vurğuladı. Qeyd olundu ki, vaxtilə AXC-Müsavat hakimiyyəti dövründə 9 May Qələbə Günü ləğv edilmişdir. Torpaq, Vətən yolunda canını qurban vermiş müharibə veteranlarına qarşı bu hörmətsizlik və ədalətsizlik ulu öndər Heydər Əliyevin qədirbilənliyi sayəsində aradan qaldırılmışdır. Hər il Qələbə Günü respublikamızda böyük təntənə ilə qeyd edilir, müharibə veteranları ilə görüşlər keçirilir, onlara mükafatlar verilir.
Görüşdə diqqətçəkən məqamlardan biri də hərbçi general Ramiz Nəcəfovun müharibə veteranı, atası Məmmədnəbi Nəcəfovla birgə iştirakı olmuşdur.

Keçidlər