Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Tibb bacısı və Beynəlxalq Talassemiya günü qeyd edildi.

12 may 2017 | 11:00

Yasamal rayonundakı 2 nömrəli Bakı Baza Tibb Kollecinin akt zalında Beynəlxalq Tibb bacısı və Beynəlxalq Talassemiya gününə həsr olunmuş tədbir keçirildi.
Tədbiri kollecin direktoru t.e.n. Dilarə Məmmədəliyeva açaraq Tibb bacısının məsuliyyətli və şərəfli peşə olduğunu vurğuladı. Bu adı şərəflə daşımağı, daim vətəndaşların sağlamlığının keşiyində durmağı tövsiyə etdi.
Qızıl Aypara cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq proqramı”nın koordinatoru, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşmə institutunun Pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova “Tibb bacısının ixtisasının yaranması, təşkili və inkişafı” mövzusunda məruzə ilə çıxış etdi. Mövzu ilə bağlı sənədli film nümayiş olundu.
Daha sonra Qızıl Aypara cəmiyyətinin Yasamal bölməsinin sədri Şahin Hüseynov çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi.
Tədbirin ikinci hissəsində “Talassemiyasız həyat” adlı elmi – praktiki konfransda “Uşaq xəstəlikləri” fənn müəllimi Könül Veysova irsi xəstəlik haqqında məruzə ilə çıxış etdi. Talassemiyanın profilaktikasının gücləndirilməsinə, əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsinə və talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə dair “Dövlət Proqramı” nın həyata keçirilməsində talassemiyalı xəstələrə göstərilən tibbi xidmətdən, donor qanı ilə xəstələrin təminatından geniş çıxış etdi.
Sonda slayd şou və video çarxlar nümayiş olundu.

Keçidlər