Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda 800 dekorativ ağac və bəzək kolu əkildi

10 may 2017 | 11:00

Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Yasamal rayonunda rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə rayonun idarə, müəssisə və təşkilatlarının iştirakı ilə rayonun bir neçə yerində, o cümlədən Mətbuat prospektində və Yeni Dairəvi yolun kənarlarında ağac əkilməsi və yaşıllaşdırma tədbiri – ümumrayon iməciliyi keçirilmişdir. Ümumilikdə 3000 nəfərin iştirak etdiyi iməcilikdə 800 dekorativ ağac və bəzək kolu əkilmişdir. İməcilikdə, həmçinin, əkilmiş ağaclar suvarılmış, taxta dirəklərlə möhkəmləndirilmişdir. Bundan başqa, rayonun bütün idarə, müəssisə və təşkilatlarına məxsus ərazilərdə 100 ədəd ağac əkilmiş, abadlıq, sanitariya-gigiyena tədbirləri həyata keçirilmişdir. Bu tədbirlərdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Texniki Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Dövlət Pedaqoji Kolleci, 1 saylı Bakı Tibb Kolleci, 2 saylı Bakı Baza Tibb Kolleci, Respublika Klinik xəstəxanası və Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi, rayonun digər idarə, müəssisə və təşkilatların kollektivləri fəal iştirak etmişlər.

 

Keçidlər