Şriftin ölçüsü :

Saytın rəngi :

1941-1945-ci illər müharibəsində Qələbənin 72 illik yubileyi münasibətilə bir qrup Böyük Vətən Müharibəsi veteranları ilə görüş

04 may 2017 | 11:00

Yasamal rayon İcra Hakimiyyətində Dövlət Gömrük Komitəsi ilə birlikdə 1941-1945-ci illər müharibəsində qələbənin 72 illik yubileyi münasibətilə bir qrup Böyük Vətən Müharibəsi veteranı ilə görüş keçirildi.
Tədbiri giriş sözü ilə Yasamal rayon İcra Hakimiyyətinin Başçısı cənab İbrahim Mehdiyev açaraq veteranları 9 may - Qələbə bayramı münasibətilə təbrik etdi, ölkə Prezidenti cənab İlham Əliyevin veteranlara göstərdiyi qayğıdan və respublikada aparılan inkişafdan danışdı.Bildirdi ki, müharibənin ilk günlərindən sonunadək fəal iştirak etmiş 700000-dək həmvətənimizin təqribən 300000-i qəhrəmancasına həlak olmuş, 170000-dən artıq soydaşımız müxtəlif orden və medallarla, onlardan 123 nəfəri xüsusi igidlik və şücaətə görə ən yüksək mükafata- Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfər isə “ Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülmüşdür.
Dövlət Gömrük Komitəsinin İdarə rəisi, general-mayor Güloğlan Muradlı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin Qələbə Günü ilə bağlı veteranlara ünvanladığı təbrik məktubunu tədbir iştirakçılarına çatdırdı, onlara can sağlığı, üzün ömür arzuladı.
Böyük Vətən Müharibəsi iştirakçıları Damət Nəbiyev və rayon Müharibə və Əmək Veteranları Təşkilatının sədri Almaz Qasımova tədbirdə çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin Böyük Vətən Müharibəsi veteranlarına göstərdiyi diqqət və qayğıya, sosial problemlərinin həlli istiqamətində apardığı məqsədyönlü fəaliyyətinə görə minnətdarlıqlarını bildirdilər.
Sonda veteranlara ərzaq yardımı paylandı və xatirə şəkilləri çəkildi.

Keçidlər