Şriftin ölçüsü :

Saytın rəngi :

Tanınmış aktyor və rejissor, bədii qiraət ustası Həsən Əblucun 75 illik yubileyi keçirildi

21 aprel 2017 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon İcra Hakimiyyətinin və Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Tanınmış aktyor və rejissor, bədii qiraət ustası Həsən Əblucun 75 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
   Tədbirdə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin mədəniyyət siyasəti sektorunun aparıcı məsləhətçisi Tomris Hacıyeva; Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova; Yasamal rayon İcra Hakimiyyəti Başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə mələhətçi-psixoloqu Emin Babayev; bəstəkar, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, pedaqoji elmlər doktoru, professor, əməkdar müəllim Oqtay Rəcəbov; Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin ədəbiyyat və incəsənət redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Şəfəq Sultan; kinorejissor, aktyor,əməkdar artist Elxan Qasımov; Əməkdar artist, aktyor və bədii qiraətçi ADMİU-nun dosenti Azad Şükürov; Xalq artisti,tanınmış teatr,kino və televiziya rejissoru Ramiz Həsənoğlu; Xalq artisti, teatr və televiziya aktyoru Yasin Qarayev; Azərbaycan kino rejissoru, ssenari müəllifi, aktyor, Həsən Əblucun qardaşı Ənvər Əbluc və KİV nümayəndələri iştirak etdilər.
  Aparıcı tədbiri açaraq Həsən Əbluc yaradıcılığında janr müxtəlifliyinin fonunda ümumbəşəri dəyərlərlə yanaşı xalqımızın əbədiyaşar ənənələrə malik milli-mənəvi keyfiyyətlərinin qorunmasından, inkişaf etdirilməsindən və yeni nəslə ötürülməsindən ibarət olduğunu vurğuladı.
Həsən Əblucun həyat və yaradıcılığından bəhs edən “Bir odlu ürəkdir” adlı film nümayiş olundu.
   Kinorejissor, aktyor,əməkdar artist Elxan Qasımov, Əməkdar artist, aktyor və bədii qiraətçi ADMİU-nun dosenti Azad Şükürov, Xalq artisti,tanınmış teatr,kino və televiziya rejissoru Ramiz Həsənoğlu, Xalq artisti, teatr və televiziya aktyoru Yasin Qarayev öz çıxışlarında Həsən Əblucun yaradıcılıq fəaliyyətindən, səsinin işığında bizi klassiklərimizin dövrünə qaytaran bədii qiraət ustalığından, onun bir rejissor kimi quruluş verdiyi televiziya tamaşalarında geniş tamaşaçı rəğbətini qazanmağından söz açdılar.
   Sonra “Pəncərə” filmindən fraqment təqdim olundu, Həsən Əblucun ifasında Rəsul Rzanın “Unutmayın” şeri səsləndirildi.
Həsən Əblucun qardaşı Ənvər Əbluc tədbirin təşkilinə görə öz minnətdarlığını bildirdi.
Sonda muğam üçlüyünün ifasında “Qaragilə” xalq mahnısı səsləndi.

Keçidlər