Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart Soyqırım gününə həsr olunmuş “Tarixin bir günü və ya bir günün tarixi” adlı tədbir

30 mart 2017 | 11:00

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 31 Mart Soyqırım gününə həsr olunmuş “Tarixin bir günü və ya bir günün tarixi” adlı tədbir keçirildi.

Öncə tədbir iştirakçıları kollecin foyesində tələbələrin 31 Mart Soyqırım faciəsinə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi ilə tanış oldular.

Tədbir Dövlət Himnimizin ifası və faciə qurbanları xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Tədbirdə qonaqlardan Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova və Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Boran Əziz digər qonaqlar məruzəçi qismində iştirak etdilər.

Kollecin direktoru hüquq elmləri üzrə fəlsəfə doktoru Qulu Novruzov çıxış edərək ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımları, etnik təmizləmə və deportasiya siyasəti barədə məlumat verərək, mənfur qonşularımızın tarix boyu “Böyük Ermənistan” xülyası ilə yaşadıqlarını və hər zaman torpaqlarımıza göz dikdiklərini söylədi. Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğının xalqımızın tarixinə qanlı hərflərlə yazıldığını bildirdi.1918-ci il 31 mart soyqırımından bəhs edən Qulu Novruzov ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə dövlət səviyyəsində qeyd etdi.

Direktor vurğuladı ki, Hər il Azərbaycan xalqı 31 mart Soyqırımını qeyd etməklə, bir daha tarixi keçmişə qayıdır və xalqımıza qarşı açıq-aşkar həyata keçirilən soyqırım qurbanlarının xatirəsini ehtiramla anır.

Tədbirdə qonaqlardan Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini pedaqogika üzrə fəlsəfə doktoru Təravət Muradova çıxış edərək 31 Mart Soyqrımının Azərbaycan tarixində, hətta dünya miqyasında erməni daşnaklarının törətdiyi bu cinayətləri kəskin tənqid edərək, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu faciələrin anılması əhəmiyyətinin vacibliyini vurğuladı.

Məruzəçi, BDU-nun dosenti Boran Əziz məruzə edərək, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri Soyqırımı zamanı Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni daşnaklarının qanlı qırğınlar törətdiklərini və Soyqırım nəticəsində minlərlə azərbaycanlının qətlə yetirildiyini vurğuladı.Gəncliyimizin bu məlumatları dərindən dərk edərək mənimsəməsi və gələcəkdə öz tədqiqatlarında üzə çıxarmasının vacibliyini qeyd etdi.

Tədbirdə kollecin Humanitar fənn birləşməsinin müəllimi Nadiri Hümeyrənin “1918-1920-ci illərə baxış” və tarix müəllimləri Gülnarə Sadıqova və Elnarə Əmirovanın “31 Mart Soyqrımının dünya ictimaiyyətinə çatdırılması yönümündə dövlətimizin rolu” mövzusunda məruzələri dinlənildi.

Tədbirdə kollecin tələbələrinin hazırladıqları Soyqrıma həsr olunmuş səhnəcik nümayiş etdirildi.

Tələbələrin ifasında hazırlanan bədii kompozisiyalar qonaqlar tərəfindən maraqla qarşılandı.

Sonda tədbir “Anaların fəryadı” adlı rəqs-kompozisiyası ilə başa çatdı.

Keçidlər