Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda 8 mart – Beynəlxalq Qadınlar Günü qeyd edildi

07 mart 2017 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Kaktus” restoranında böyük təntənə ilə “Beynəlxalq Qadınlar Günü“ qeyd edildi. Rayon ümumtəhsil məktəblərinin müəllimləri və rəhbərləri, qabaqcıl səhiyyə işçiləri, rayon ictimaiyyəti bayram tədbirinin qonaqları oldular.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova çıxış edərək bu bayramın tarixi, ölkəmizdə qadınların ictimai-siyasi proseslərdə fəal iştirakı, həmçinin dövlət idarəçiliyində yüksək səviyyədə təmsil olunmasından danışdı. Vurğulandı ki, müstəqillik illərində Azərbaycan qadını milli-yaradıcı potensialına, şərəfli keçmişinə, mənəvi dəyərlərinə, vətənpərvərlik keyfiyyətinə və əzminə arxalanaraq böyük inkişaf yolu keçmişdir. Ulu öndər Heydər Əliyevin apardığı siyasətinin davamı olaraq Prezident İlham Əliyevin Azərbaycan qadınlarına verdiyi ən böyük dəyər ölkənin birinci xanımı Mehriban Əliyevanı Azərbaycan Respublika sının Birinci vitse-prezidenti təyin etməsi oldu. Azərbaycan qadınları bütün dövrlərdə mərdlik, cəsarət və ictimai əhəmiyyətli məsələlərdə fəallıq nümayiş etdiriblər.

Tədbirdə Yasamal rayonu 53 nömrəli orta məktəbin direktoru Firəngiz Həsənova dövlət başçısı tərəfindən Azərbaycan qadınına göstərilən diqqət və qayğıdan və onların əldə etdiyi uğurlardan söz açdı.

A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin xalq çalğı ansamblı bayram tədbirində rəngarəng konsert proqramı ilə çıxış etdilər. Tələbələrin ifasında maraqlı kompozisiyalar hamının ürəyincə oldu .

Sonda rayonun ictimai-siyasi həyatında fəallıq göstərən qadınların bir qrupuna hədiyyələr təqdim olundu.

Keçidlər