Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon İcra Hakimiyyəti Başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2016-cı ilin sosial-iqtisadi inkişafı yekunları və 2017-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş illik hesabat yığıncağı

11 yanvar 2017 | 11:00

308 saylı məktəbin akt zalında nümayəndəliyin 2016-cı ilin sosial-iqtisadi inkişafı yekunları və 2017-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş illik hesabat yığıncağı keçirildi. Hesabatda, Yasamal rayon İcra Hakimiyyəti Başçısının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Elşən Mustafayev, 19 saylı Mənzil Komunnal-İstismar Birliyinin rəisi Teymur Mahmudov, 308 saylı tam orta məktəbin direktoru Təranə Məmmədova, 286 saylı məktəbin direktoru Samir Mehdizadə, ərazi üzrə xidmət sahələrinin nümayəndələri, rayon sakinləri iştirak etdilər.

Əvvəlcə, Yasamal rayon İcra Hakimiyyəti Başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vasif Əkbərov tədbiri açıq elan etdi, reqlament müəyyən olundu. Nümayəndə Vasif Əkbərov hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, nümayəndəlik tərəfindən ev təsərrüfatlarının uçotu kitabları yoxlanılmış, aparılmış qeydlər bir daha dəqiqləşdirilmişdir. Yasamal rayonunda görülən abadlıq-quruculuq işlərindən danışmışdır. Nümayəndəlik rayon və respublika əhəmiyyətli bütün tədbirlərdə yaxından iştirak etmişdir.

Daha sonra məruzə ətrafında çıxışlara başlanıldı. Yasamal rayon İcra Hakimiyyəti Başçısının Ərazi idarəetmə və Yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Elşən Mustafayev, 286 saylı məktəbin direktoru Samir Mehdizadə, 19 saylı Mənzil Komunnal-İstismar Birliyinin rəisi Teymur Mahmudov, rayon sakini Malik Məmmədov çıxış edərək nümayəndəliyin 2016-cı il ərzində gördüyü işlər haqqında hesabatın qənaətbəxş olduğunu qeyd etmişlər. Sakinləri maraqlandıran suallar cavablandırılmışdır.

Sonda, nümayəndənin müavini Hüseyn Abdullayev iclasın Qərar layihəsini oxudu.

Keçidlər