Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Yasamal rayonunun aztəminatlı ailələrinə bayram sovqatları paylanıldı

30 dekabr 2016 | 11:00

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Yasamal rayonunun aztəminatlı ailələri üçün bayram tədbiri keçirildi və bayram sovqatları paylanıldı.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə Bakının bütün rayonlarını əhatə edib. Layihə çərçivəsində Yasamal rayonunda 400-dən çox aztəminatlı ailəyə Fondun bayram sovqatları paylanılıb, sakinlərin bayramları təbrik edilib.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyəti başçısı İbrahim Mehdiyev belə xeyriyyə aksiyalarının əhalinin sosial müdafiəsi baxımından əhəmiyyətini vurğuladı. Eyni zamanda, Heydər Əliyev Fondunun ölkəmizin sosial-iqtisadi inkişafına yönələn dövlət proqramlarına dəstək verərək həyata keçirdiyi müxtəlif layihələr, xeyriyyə tədbirləri barədə məlumat verildi.

Yasamal rayon ağsaqqallar şurasının sədri akademik Kərim Kərimov, aprel döyüşlərində qəhrəmancasına həlak olmuş Cabbarxan Hacıağayevin atası İlham Hacıağayev çıxış edərək aztəminatlı ailələrə sevinc bəxş etdiyinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Tanınmış incəsənət ustalarının, eləcə də Yasamal rayon 24 saylı Uşaq Yaradıcılıq kollektivinin, A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin “ Xudafərin” instrumental ansamblının konsert proqramı tədbir iştirakçılarında xoş ovqat yaratdı.

Keçidlər