Şriftin ölçüsü :

Saytın rəngi :

158 saylı tam orta məktəbin 55 illiyi qeyd olundu

27 dekabr 2016 | 11:00

Yasamal rayon 158 saylı tam orta məktəbin 55 illik tarixinə həsr olunan tədbir keçirildi.

Əvvəlcə qonaqlar şagirdlər tərəfindən təşkil olunmuş bir neçə açıq dərsdə iştirak etdilər, məktəbin foyesində və dəhlizlərdə nümayiş etdirilən sərgilərlə tanış oldular.2016- cı ilin ölkə başçısı cənab İlham Əliyev tərəfindən “ Multikulturalizm ili” elan olunmasını nəzərə alaraq şagirdlər bir neçə ölkənin mədəniyyətini əks etdirən kompozisiyalar nümayiş etdirdilər.

Tədbir məktəbin akt zalında Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olundu.

Məktəbin direktoru Mehriban Ələkbərova qonaqları salamlayaraq məktəbin tarixinə nəzər saldı, keçdiyi inkişaf yolundan danışdı.Yüksək pedaqoji təcrübəsi olan müəllimlərin bu təhsil ocağına cəlb olunduğunu bildirdi. Qeyd etdi ki, məktəbin 200-ə yaxın müəllimi, 2500-ə yaxın şagirdi var.Məktəbi bitirən kifayət qədər məzunlar arasında tanınmış şəxslər olduğunu, onların ölkəmizin ictimai-siyasi həyatına layiqli töhvələr verdiyini bildirdi.Hətta ilk Avropa Oyunlarında qızıl medal qazanan iki çempionumuz – Ayxan Tağızadə və Elvin Mürsəliyevin də məktəbin məzunları olduğunu vurğuladı.

Təhsil ocağının, haqlı olaraq, məzunları ilə fəxr etdiyini diqqətə çatdıran Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva məktəb-məzun əlaqələrinin möhkəmlənməsinin vacibliyini və bu işdə sistemli yanaşılmasına aid məsələlərə dair çox diqqət ayrılmasının zəruriliyini vurğuladı.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev öz çıxışında qeyd etdi ki, məktəbin missiyası təhsilli gənclər yetişdirməklə yanaşı, həmdə onlarda vətəndaşlıq mövqeyini formalaşdırmaq, cəmiyyətə bilikli, faydalı insanlar bəxş etməkdir.Bu baxımdan 55 illik tarixə malik 158 saylı tam orta məktəb bu vəzifənin öhdəsindən layiqincə gəlir.

Məktəbin məzunu millət vəkili İlham Əliyev öz xatirələrini bölüşdü, peşəkar müəllimləri minnətdarlıqla yada saldı.

Yasamal rayon İcra Hakimiyyəti və Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən bir qrup müəllimlərə fəxri fərmanlar təqdim olundu.Tədbirin bədii hissəsində tanınmış incəsənət ustalarının çıxışları bayram coşğusu yaşatdı.

Keçidlər