Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi.

10 dekabr 2016 | 11:00

Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirildi. Tədbirdə əvvəlcə Ümummilli Liderin xatirəsinə dualar oxundu.

Anım mərasimində İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev çıxış edərək ümummilli lider Heydər Əliyevin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qorunması istiqamətində atdığı addımlardan bəhs etdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndərin xalqımızın həyatında, Azərbaycan dövlətinin formalaşmasında rolundan danışan İbrahim Mehdiyev qeyd edib ki, Azərbaycanın hər hansı bir sahəsinə, onun keçmişinə, bu gününə və gələcəyinə baxanda Heydər Əliyev siyasətinin nəticələrini görürük. Azərbaycan dövləti və dövlətçiliyi Ümummilli Liderin şah əsəridir. Hər bir xalqın əldə etməyə çalışdığı və qazandığı başlıca sərvəti onun dövlətidir. Bu gün müasir Azərbaycan dövləti var, inkişaf edir və daha yüksək nailiyyətlər qazanır. Bu, müdrik rəhbər Heydər Əliyevin ən böyük xidmətidir. Bu gün müstəqil Azərbaycan məhz ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla irəli addımlayır, özünün sabit və davamlı inkişafı ilə bölgədə liderliyini möhkəmləndirir, dünyada nüfuzunu durmadan artırır. Bütün ömrünü xalqımızın tərəqqisinə, firavanlığına həsr edən Ulu Öndərin həyat və fəaliyyəti bizim üçün güc mənbəyidir.

İcra hakimiyyətinin başçısı vurğuladı ki, siyasi müdrikliyinə, zəngin dövlətçilik və idarəçilik təcrübəsinə əsaslanaraq xalqı parçalanmaqdan, ölkəni məhv olmaqdan xilas edən, qısa vaxtda Azərbaycanın dünyəvi, sivil, demokratik dövlət kimi dünyada öz layiqli yerini tutmasına nail olan ümummilli lider Heydər Əliyevin nurlu xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.

Keçidlər