Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda dama yarışları keçirildi

26 oktyabr 2016 | 11:00

Yasamal rayon Gənclər və İdman İdarəsinin və “Şahmat-Dama Klubu” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 24-26 oktyabr 2016-cı il tarixdə “Şahmat-Dama Klubu” İctimai Birliyində 64 xanalı dama üzrə rayon birinciliyi keçirildi.

Dama idman növünü rayon ərazisində təbliğ və inkişaf etdirmək, rayon məktəbliləri arasında bədən tərbiyəsi və idmanı daha da geniş təbliğ etmək, perspektivli idmançıları aşkar etmək məqsədi ilə təşkil edilmiş birinciliyə rayon orta ümumtəhsil məktəblərinin 64 oğlan və 32 qız şagirdlərindən təşkil olunmuş 16 komanda qatılmışdır. Yarışın nəticələrinə müvafiq olaraq III yerə 173 №li tam orta məktəbin komandası, II yerə 13 №li tam orta məktəbin komandası layiq görülmüşdür. Akademik Zərifə Əliyeva adına liseyin komandası birinciliyin qalibi adını qazanmış və Bakı şəhər final mərhələsində rayonumuzu təmsil etmək hüquqi əldə etmişdir.

Keçidlər