Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirildi

28 oktyabr 2016 | 11:00

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Yasamal Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirdi.

Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini general-mayor Novruzəli Orucov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin şəxsi heyəti, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, orta ümumtəhsil məktəblərinin rəhbərləri, yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları və əlilləri iştirak etdilər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətəni-mizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Yasamal rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev öz çıxışında bildirdi ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkil etdiyi belə tədbirlərin əhəmiyyəti olduqca böyükdür. Qeyd etdi ki, hər bir vətəndaşımız, o cümlədən yasamallılar Vətənimizin müdafiəsi, işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə daim hazırdırlar. Son aprel döyüşlərində Azərbaycan Ordusu düşməni ağır məğlubiyyətə uğradaraq, regionun ən güclü ordusu olduğunu sübut etdi. Bildirdi ki, bu döyüşlərdə Yasamal rayonu dörd şəhid verdi, onlardan biri ölkə başçısı tərəfindən “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov çıxışında əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Prezident və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu prosesindən, bu sahədə əldə olunan uğurlardan danışdı. O, ordumuzun işğal altındakı torpaqlarımızın azad edilməsi üçün hər an hazır olduğunu bildirdi.

“Əfqanıstan Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev ölkəmizdə vətənpərvərlik ruhunun təbliğində və onun gənc nəslə aşılanmasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkil etdiyi tədbirlərin önəmini yüksək qiymətləndirdi.

“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgər qızı çıxışında gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğuladı. O, ölkəmizdə bu istiqamətdə, həmçinin ordu quruculuğu sahəsində görülən işlərin əhəmiyyətindən, Silahlı Qüvvələrimizin son döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarından danışdı.

Tədbirdə şəhid ailəsinin nümayəndəsi, Qarabağ veteranı,”Gənclərin çağırışa-qədərki” fənn müəllimi, eləcə də “Şahin” hərbi-idman oyunlarında yüksək nəticə göstərən şagird mükafatlandırıldılar.

Tədbirin bədii hissəsində Yasamal rayon ümumtəhsil məktəblərinin və musiqi məktəblərinin şagirdləri, Uşaq Yaradıcılıq Mərkəzinin yetirmələri şer və musiqi nömrələri ilə çıxış etdilər. Hərbi-vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının təqdim etdiyi konsert proqramı hamının ürəyincə oldu.

Keçidlər