Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Müstəqillik yollarında

17 oktyabr 2016 | 11:00

Rayon İcra Hakimiyyəti Yasamal Rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan “Azərbay-can Müstəqillik yollarında” adlı konfrans keçirdi.

Tədbirdən əvvəl Heydər Əliyev Mərkəzinin foyesində rəsm və kitab sərgisinə baxış keçirilib, Ulu Öndərin büstü önünə gül qoyuldu.

Azərbaycanın dövlət himni səsləndikdən sonra çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” Sərəncamın əhəmiyyətini vurğuladı. İcra başçısı ötən 25 ildə Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində dövlətçilik ənənələrimizin möhkəmləndiyini, iqtisadiyyatımızın inkişaf etdiyini, mədəniyyəti-mizin zənginləşdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, müasir Müstəqil Azərbaycan bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbə-yinə çevrilib.

İbrahim Mehdiyev bildirdi ki, müstəqilliyin ilk illərində Azərbaycan dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasəti ilə üzləşib. Xalqımızın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində Azərbaycan məhvolma təhlükəsindən, vətəndaş müharibəsin-dən xilas edildi, həmçinin ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu və bütün sahələrdə uğurlu islahatların başlanmasına zəmin yaradıldı.

Konfransda məruzə ilə çıxış edən AMEA-nın Əliyevşünaslıq şöbəsinin müdiri Ədalət Qasımov 25 il əvvəl Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsini xalqımızın tarixində böyük hadisə kimi qiymətləndirdi. O, müstəqilliyin qazanıl-masında və qorunub saxlanılmasında, möhkəmlənməsində, ölkəmizin müstəqil dövlət kimi dünyaya tanıdılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmət-lərindən danışdı.

Digər çıxış edənlər millət vəkilləri Ülvi Quliyev, Aytən Mustafayeva və BDU-nun Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova xalqımızın müstəqillik yolunda apardığı mübarizədən, prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin dinamik inkişafından söz açdılar.

Konfransın bədii hissəsində 158 saylı tam orta məktəbin şagirdi Xeyransa Məmmədovanın və 16 saylı musiqi məktəbinin şagirdi Atilla Məmmədlinin çıxışları konfrans iştirakçılarını heyrətə gətirdi.

Keçidlər