Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirildi

05 oktyabr 2016 | 11:00

Yasamal rayonunda Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirildi. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, ümumtəhsil məktəblərinin müəllimləri, rəhbərləri, qocaman təhsil işçiləri iştirak etdilər.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova təhsil işçilərini təbrik edib, onlara şərəfli və məsuliyyətli peşələrində uğurlar arzuladı. O vurğuladı ki, son illər ölkəmizdə bütün istiqamətlərdə olduğu kimi, təhsil sahəsin-də də böyük uğurlar qazanılıb. Dövlətimizin başçısının Azərbaycan təhsilinə göstərdiyi yüksək diqqət və qayğıdan söz açan T.Muradova bildirdi ki, rayonun bir çox ümumtəhsil məktəblərində əsaslı təmir və yenidənqurma işləri aparılıb, onların maddi-texniki bazaları zənginləşdirilib.

2015/2016-cı tədris ilində rayonun orta ümumtəhsil məktəblərində təhsilini başa vuran 1939 məzundan 23-ü qızıl, 5-i gümüş medala layiq görülüb, 1224-ü yüksək nəticə göstərərək tələbə adını qazanıb,onlardan 118-i 600 baldan yuxarı nəticə əldə edib. Prezident İlham Əliyevin “2016/2017-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” imzaladığı Sərəncama əsasən Prezident təqaüdünə layiq görülən 102 nəfərdən 9-u Yasamal rayon məktəblərinin yetirmələridir.Möhtərəm prezidentimiz İlham Əliyevin digər sərəncamına əsasən Beynəlxalq Müəllimlər Günü münasibətilə 61 nəfər təhsil işçiləri “Tərəqqi” medalı ilə təltif edilib, iki nəfərə “Əməkdar elm xadimi”, 59 nəfərə “Əməkdar müəllim”, bir nəfərə isə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adları verilib.Onlardan 3 nəfəri Yasamal rayonunun nümayəndələridir.Bu da ölkə başçısının təhsilə, müəllimə, məktəbə olan diqqət və qayğısının nəticəsidir.

Sonda bir qrup təhsil işçisi əldə etdiyi uğurlara və rayonun ictimai həyatındakı fəaliyyətinə görə Yasamal rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə mükafatlandırıldı.

Keçidlər