Şriftin ölçüsü :

Saytın rəngi :

«Bilik günü» Yasamal rayonunun bütün orta məktəblərində qeyd olundu.

15 sentyabr 2016 | 11:00

15 sentyabr - «Bilik günü» Yasamal rayonunun bütün orta ümumtəhsil məktəblərində təntənəli şəkildə qeyd olundu.

Yasamal rayonunda yeni məktəblər tikilib, köhnələri əsaslı təmir olunaraq bütün lazımi avadanlıq və vəsaitlərlə təchiz olunub. Bu da özünü təhsilin keyfiyyətinin artmasında göstərib. 2015-2016-cı tədris ilinin Yasamal rayonu üçün uğurlu olduğu diqqətə çatdırıldı: ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərinin 118 nəfəri 600-dən yuxarı bal toplayaraq yüksək nəticələr göstərib, bunlardan 9 nəfəri ölkə başçısı, möhtərəm prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə “Prezident təqaüdünə” layiq görülüblər. Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun sərəncamı ilə rayon üzrə 18 nəfər XI-ci sinif məzunu qızıl medalla, 5 nəfər XI-ci sinif məzunu isə gümüş medallarla təltif olunmuşdur.Bu uğurların əsasında təhsilə göstərilən dövlət qayğısının dayandığı daim diqqət mərkəzindədir.

Orta ümumtəhsil məktəblərindəki tədbirlərdə şagirdlərinin hazırladığı bədii kompozisiya, mahnı və milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olundu.

Rayonda keçirilən «Bilik günü»tədbirlərində RİH-nin rəhbər və məsul nümayəndələri, Milli Məclisin deputatları, ağsaqqallar, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Bilik günündə rayon sakini olan bir qrup aztəminatlı ailələrdən olan şagirdlərə məktəbli forması, çanta və məktəb ləvazimatları paylandı.

Keçidlər