Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Sülh günü

21 sentyabr 2016 | 11:00

21 sentyabr Beynəlxalq Sülh günüdür. BMT bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümum-dünya atəşkəs günü elan edib.

Beynəlxalq Sülh günü Yasamal rayonunun orta ümumtəhsil məktəblərində, körpələr evi-uşaq bağçalarında da təntənə ilə qeyd olundu.

Yasamal rayonunda yerləşən “Albalı” uşaq bağçasında bayram münasibətilə xüsusi coşğu yaşandı. Bağçanın rəhbərliyi, eləcə də tərbiyəçilər bu bayrama xüsusi zövqlə hazırlaşmışdırlar.Balaca fidanların ifasında musiqi kompozisiyaları valideynlərin və qonaqların sevincinə səbəb oldu. Xüsusi zövqlə hazırlanmış kostyumlar və səhnə dekorasiyaları da göz öxşayırdı.

Tədbirin sonunda balacalara hədiyyələr paylandı.

Keçidlər