Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Musiqi günü

19 sentyabr 2016 | 11:00

18 sentyabr- Azərbaycanda Milli Musiqi günüdür. Bu gün Azərbaycan operasının banisi Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır.

Dahi bəstəkarın ad günü Yasamal rayonunda yerləşən ev-muzeyində qeyd edildi. Bakının mərkəzi küçələrindən hesab edilən, Sovet dövründən bəri daha çox “Ketsxoveli” küçəsi kimi tanınan Şamil Əzizbəyli küçəsi Azərbaycan bəstəkarı, Azərbaycan Himninin bəstəkarı Üzeyir Hacıbəylinin boya-başa çatdığı ev ilə tanınır. Dahi bəstəkarın yaşadığı ev, tarixi abidə kimi abadlaşdırılıb və həm yerli, həm də xarici qonaqların ziyarəti üçün muzey olaraq fəaliyyət göstərməkdədir.

Yasamal rayon məktəbliləri dahi bəstəkarı yad etmək üçün muzeyin qonağı oldular. Burda Üzeyir bəyi xatırladan hər bir əşya onların marağına səbəb oldu. Maraqlı və klassik dizaynda bəzədilmiş ev insanı əvvəlki dövrlərə qaytarırdı. Qədim eynək, bəstəkarın portretləri, qara karandaşla yazılmış not kağızı, royal, skripka.

Muzeyin bələdçisinin də dediyinə görə Üzeyir bəyin hər bir yaratdığı əsər bizlərə bir töhvədir.Bu gün çox sevindirici və fərəh verici bir haldır ki, Üzeyir bəy irsi gələcək nəsillərə çatdırılır. Eyni zamanda, onun adına keçirilən festival, onun əsərlərinin dünya musiqiçiləri tərəfindən ifa olunması Üzeyir Hacıbəyli yaradıcılığının böyüklüyü və bu böyük yaradıcılığına olan sevgidir.

Şagirdlər milli musiqimizin tarixi, Üzeyir Hacıbəylinin yaradıcılığı, onun əsərləri haqqında dolğun məlumat əldə etdilər.

Keçidlər