Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon ümumtəhsil məktəblərində “ Heydər Əliyev və Azərbaycan” dərsləri keçirildi

15 sentyabr 2016 | 11:00

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ənənəvi olaraq, 15 sentyabr – Bilik Günü münasibətilə Yasamal rayonunun 18, 53, 153, 167 orta ümumtəhsil məktəblərində və Akademik Zərifə Əliyeva adına liseydə mühazirələr təşkil etdi.

Bilik Günündə Fondun “İl boyu bilik” proqramı çərçivəsində Bakıda və Azərbaycanın müxtəlif bölgələrində orta məktəblərdə “Heydər Əliyev və Azərbaycan” mövzusunda dərslər keçirilib. Tanınmış ziyalılar – akademiklər, professorlar, media mənsubları məktəblilərlə görüşdülər, onlara Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində Ümummilli liderin rolu, onun banisi olduğu azərbaycançılıq ideologiyasının mahiyyəti, multikultural ənənələr, artıq formalaşmış tolerantlıq mühiti barədə ətraflı məlumat verdilər.

Tədbirdə dahi şəxsiyyətin həyat və yaradıcılığından,hakimiyyətə qayıdışından sonra apardığı uğurlu daxili və xarici siyasətindən,ölkə iqtisadiyyatının güclənməsindən,ordu quruculuğundakı islahatlardan,dünya təcrübəsinə söykənən dövlət idarəetməsindən söhbət açılması şagirdlərin daha da marağına səbəb oldu. Azərbaycanın şanlı tarixinə çevrilmiş bu fenomen şəxsiyyətin həyat yolu haqqında aparılan mühazirənin məhz bilik günündə şagirdlərə aşılanması onların gələcəkdə qazanacaqları uğurların başlanğıcıdır.

Keçidlər