Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban bayramı münasibətilə xeyriyyə tədbiri

12 sentyabr 2016 | 11:00

Yasamal rayon İcra Hakimiyyətində dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibəti ilə rayonun aztəminatlı ailələri, o cümlədən tənha və kimsəsizlər, Qarabağ Müharibəsi veteranları, 1-ci və 2-ci qrup əlilləri, 20 yanvar şəhid ailələri, BVM və Əmək veteranları, Gözdən Əlillər Cəmiyyətinin üzvləri, Çernobıl Əlilləri Cəmiyyətinin üzvləri, eləcə də Yasamal rayonunda məskunlaşmış məcburi köçkün ailələri ilə görüş keçirildi.

Görüşdə Yasamal rayon İcra Hakimiyyəti rəhbərliyi rayon sakinlərini Qurban bayramı münasibəti ilə təbrik edərək bildirmişdir ki,bu mübarək gündə müsəlmanlar Uca Tanrıya yaxınlıqlarını, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər.Qurban mərasimləri cəmiyyəti-mizdə bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir,milli-mənəvi həmrəyliyin, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təcəssümünə çevrilir.

Tədbirdə ölkə başçısı cənab İlham Əliyevin müdrik siyasətilə öz ölkəsinə və xalqına əmin-amanlıq, səadət gətirməsi, qısa bir zamanda Vətənimizin böyük təhlükələrdən xilas olaraq dünya birliyində layiqli yer tutması bir daha vurğulandı.

Bu il də, ənənəvi hal kimi, Yasamal Rayon İcra Hakimiyyəti rayon sakinlərinə, ümumilikdə 1200 nəfərə, bayram sovqatı payladı.

Keçidlər