Şriftin ölçüsü :

Saytın rəngi :

2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirildi

16 iyul 2016 | 11:00

Yığıncaqda Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirdi ki, Prezident İlham Əliyevin yerli icra hakimiyyətlərinin qarşısında qoyduğu vəzifələrin icrasını təmin etmək məqsədilə rayonda xeyli iş görülüb. Sahibkarlığın inkişafı, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və insanların maddi rifahının yüksəldilməsi məqsədilə yaradılmış qərargahın fəaliyyətini qənaətbəxş hesab etmək olar.

Hesabat dövründə Yasamal Rayon Məşğulluq Mərkəzi tərəfindən əhalinin məşğulluğunun artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Bildirildi ki, 2016-2020-ci illərdə Yasamal rayonu ərazisində qəzalı vəziyyətdə olan 19 yaşayış binasının mərhələli şəkildə sökülüb yenidən tikilməsi nəzərdə tutulur. Artıq Akim Abbasov küçəsindəki 3, A.M.Şərifza-də küçəsindəki 122 nömrəli qəzalı vəziyyətdə olan dördmərtəbəli yaşayış bina-larının sakinləri köçürülüb, binalar sökülüb. A.M.Şərifzadə küçəsindəki 86 nömrəli və İ.Zülalov küçəsindəki 19 nömrəli evlərin sakinlərinin köçürülməsi işləri başa çatdırılıb, binalar sökülərək tikinti işlərinə başlanılıb. Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən qəzalı vəziyyətdə olan binaların sökülərək yeni binaların inşa olunması işləri ilk olaraq rayonda icra edilir.Bakı şəhərinin Baş Planına əsasən “Sovetski” adlanan ərazidə köçürmə və daşınmaz əmlakın sökülməsi işləri davam etdirilir. Kiçiksahəli mənzillərin sakinlərinin yeni mənzillərlə təmin edilməsi istiqa-mətində işlər icra olunub. Artıq Nərimanov rayonu ərazisində doqquzmərtəbəli tamamilə rekonstruksiya olunmuş binalarda 104 ailə ikiotaqlı və 120 ailə birotaqlı yeni mənzillərə köçürülüb. İyulun 1-dək 8769 ünvanda ölçü işləri aparılıb, 3432 ünvanda razılaşma protokolu imzalanıb, 3273 daşınmaz əmlak sahiblərinə vəsait ödənilib, 2848 ünvanda daşınmaz əmlakın sökülməsi başa çatdırılıb.Qanunsuz tikililərə qarşı mübarizə sahəsində işlər davam etdirilərək 6 müxtəlif təyinatlı qeyri-qanuni tikili, 3 ünvanda zəbt olunmuş torpaq sahəsi ətrafına çəkilmiş hasarlar sökülüb.

Prezident tərəfindən əhalinin sosial problemlərinin həlli istiqamətində verilmiş tapşırıqlar və bu sahədə yaranmış problemlərin həlli daim rayon icra hakimiyyətinin nəzarətində olub. Rayon sakinlərinin, eləcə də hüquqi və fiziki şəxslərin elektrik enerjisi, təbii qaz və içməli su ilə təchizatı məsələsi demək olar ki, bütünlüklə həll edilib.Bu barədə Yasamal rayon su-kanal idarəsinin rəisi Elnur Əliyev məlumat verdi.

Sonra Yasamal Rayon Məşğulluq Mərkəzinin direktoru Elxan Rəhimov, rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov və başqaları çıxış edərək respublikamızın sosial, iqtisadi, siyasi, mədəni sahələrdə yüksək göstəricilər və nəticələr qazanaraq qüdrətini daha da artırdığını diqqətə çatdırdılar.

Yığıncağın sonunda qarşıda duran vəzifələrlə bağlı aidiyyəti təşkilatlara tapşırıqlar verildi.

Keçidlər