Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirildi

12 iyul 2016 | 11:00

Yasamal rayonu gənclərinin həqiqi hərbi xidmətə yola salınması münasibətilə Azərbaycan xalqının tarixi qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi önündə mərasim təşkil edildi.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başladı, abidənin önünə əklil və güllər qoyuldu.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev hərbi xidmətə yola salınan 50 gənci təbrik edərək dövlət müstəqilliyinin qorunmasında, gənclərin bir şəxsiyyət kimi formalaşmasında, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna xidmətlərindən danışdı. O, gənclərə inamlı olmağı, Vətənimizin keşiyində ayıq-sayıq da-yanmağı, komandirlərin hər bir tapşırığını səylə yerinə yetirməyi, qətiyyətlə və vicdanla xidmət etməyi arzuladı.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinin rəisi, polkovnik Namiq Hüseynov Azərbaycanın güclü ordusu olduğunu, Vətənin keşiyində igid, mərd oğulların dayandığını bildirərək hərbi xidmətə gedən gənclərə sağ-salamat qayıtmağı arzu etdi.

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırdı.

Hərbi xidmətə yola salınan gənclərin valideynləri övladları ilə qürur duyduq-larını bildirdilər, onlara Vətənin layiqli əsgəri olmağı tövsiyə etdilər.

Gənclər də öz növbəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şərəflə qoruyacaqlarına söz verdilər.

Daha sonra ordu sıralarına yola salınan gənclər Azərbaycan bayrağına sədaqət andı içdilər.

Tədbirin sonunda Əbilov adına Mədəniyyət Mərkəzinin bədii kollektivi konsert proqramı ilə çıxış etdi.

Keçidlər