Şriftin ölçüsü :

Saytın rəngi :

Dini ekstremizmə qarşı mübarizə mövzusunda müşavirə keçirildi

13 iyul 2016 | 11:00

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Yasamal rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi tədbirdə Baş Prokurorluq, Ədliyyə, Daxili İşlər Nazirlikləri və Dövlət Təhlükəsizlik Xidmətinin Yasamal, Nərimanov və Nəsimi rayonlarının yerli strukturlarının nümayəndələri, ziyalılar və ictimai fəallar iştirak etdilər.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev ölkəmizdə ictimai-siyasi sabitliyi və dünyaya örnək olan tolerantlığın olduğunu vurğuladı. Bildirdi ki, tolerantlıq milli mənsubiyyətindən, dinindən asılı olmayaraq hər bir azərbaycanlının həyat tərzidir.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov da diqqətə çatdırdı ki, müasir Azərbaycan öz tarixi tolerantlıq və multikultural ənənələrinə əsaslanaraq formalaşdırdığı özünəməxsus dövlət-din münasibətləri modeli ilə dünyada örnək bir ölkəyə çevrilib.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Hikmət Eyvazov, Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev və YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov çıxışlarında bildirdilər ki, prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayırlar.

Sonda “ Fitnə” sənədli filmi nümayiş olundu.Filmdə dini ektremizmin mahiyyəti, onun ictimai-siyasi, hüquqi, psixoloji və mənəvi tərəfləri işıqlandırılıb.

Keçidlər