Şriftin ölçüsü :

Saytın rəngi :

Tamilla Şahbazovanın 70 illiyi qeyd olundu

20 iyun 2016 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə pediatr, YAP Yasamal rayon təşkilatının Qadınlar şurasının sədri Tamilla Şahbazovanın 70 illik yubileyi qeyd olundu.

Yubiley mərasimində çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor müavini və baş həkimi, YAP Yasamal rayon təşkilatının Qadınlar şurasının sədri vəzifəsində çalışan Tamilla Şahbazova öz uğurlu fəaliyyəti ilə rayon ictimaiyyəti arasında hörmət qazanmışdır. Onun eyni zamanda rayon Ağbirçəklər şurasının sədri kimi fəaliyyəti də rayon ictimaiyyətinə nümunədir.

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Tamilla Şahbazovanın keçdiyi həyat yolundan danışdı. Bildirdi ki, yubilyar Azərbaycanın tanınmış uşaq həkimi olaraq övladlarımıza şəfa verməkdədir. O, bu çətin və şərəfli işi ilə yanaşı ictimai-siyasi fəaliyyətilə də diqqəti cəlb edir. Partiyanın idarə heyətinin üzvü olmaqla yanaşı həm də rayon təşkilatının Qadınlar şurasının sədridir. Bu işlərin öhdəsindən böyük məsuliyyətlə və peşəkarlıqla gəlməklə digərlərinə örnək olub.

Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Respublika YAP Qadınlar şurasının sədri Nurlana Əliyeva, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, K.Fərəcova adına Pediatriya ETİ- nin direktoru Nəsib Quliyev və başqaları Tamilla Şahbazova ilə çiyin-çiyinə ictimai-siyasi həyatda çalışdıqları müxtəlif məqamları xatırladılar. Qeyd etdilər ki, ən çətin məqamlarda belə təşkilat üçün əlindən gələni əsirgəməyib.Bütün bunların məntiqi nəticəsi olaraq təşkilatda böyük ehtiram və hörmət qazanıb. Həmçinin o da bildirildi ki, Tamilla Şahbazova özünün gözəl ailəsi ilə də öyünə bilər, çünki ziyalı ailədə böyüyən övladlar da onun həkimlik kimi müqəddəs peşəsini uğurla davam etdirərək xalqımızın sağlamlığının keşiyin-dədir.

Sonra yubilyar doğum gününün qeyd olunmasında Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevə, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədova və mərasimə gələn hər kəsə öz minnətdarlığını bildirdi. Qeyd etdi ki, ətrafındakı insanlar onun bundan sonra da fəaliyyətini daha da gücləndirməyə həvəsləndirir. Sonda yubilyara diplom və hədiyyələr təqdim edildi.

Keçidlər