Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Böyük ömrün səhifələri” adlı tədbir keçirildi

10 may 2016 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar “Böyük ömrün səhifələri” adlı tədbir keçirildi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Mura-dova, AMEA-nın Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhrəmov, 16 saylı Yasamal Dairə Seçki Komissiyasının sədri Sədaqət Seyidzadə, rayon ərazisində fəaliyyət göstərən 21,31,158,308 saylı tam orta məktəblərin müəllimləri və şagirdləri iştirak etdilər.

Qonaqlar Heydər Əliyev Mərkəzinin foyesində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar keçirilmiş rəsm müsabiqəsi qaliblərinin əl işlərindən ibarət sərgiylə tanış oldular, K.Səfərəliyeva adına 16 saylı uşaq musiqi məktəbinin şagirdlərinin ifasında musiqili kompozisiya tədbir iştirakçıları tərəfindən böyük coşğu ilə qarşılandı.

Daha sonra Mərkəzin “Muzey” bölməsində yerləşən ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq, əziz xatirəsi yad edildi.

Tədbir iştirakçılarına Mərkəzin “ Muzey” bölməsində bələdçilər tərəfindən dünya miqyaslı siyasətçi, tarixi şəxsiyyət-Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan, xarici səfərlərindən və daxili siyasətindən bəhs edən fotolar və eksponatlar haqqında ətraflı məlumat verildi.

Tədbiri Yasamal rayon Heydər Əliyev Mərkəzinn direktoru Naminə Ömərova giriş sözləri ilə açıq elan etdi.

Bədii qiraətçi Zaur Zeynalovun təqdimatında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film-kompozisiya nümayiş olundu.

Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova öz çıxışında Azərbaycan Respublikasının müasir inkişaf tarixinin dahi şəxsiyyət Heydər Əliyevin adı, onun dövlətçilik siyasəti ilə ayrılmaz şəkildə bağlı olduğunu və müstəqilliyimizin xilaskarı kimi tarixə düşmüş ulu öndərin siyasi irsinin bugünkü uğurlarımızın əsasını təşkil etdiyini qeyd etdi.

AMEA-nın Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhrəmov çıxış edərək bildirdi ki, bütün nəsillərə örnək olan bir ömür yaşamış ulu öndər Heydər Əliyevin ictimai-siyasi və dövlət xadimi kimi Azərbaycan xalqı qarşısında ən böyük xidməti ondan ibarət olmuşdur ki, o, sovet sisteminin mövcudluğu şəraitində Azərbaycan Respublikasının gələcək müstəqilliyinin iqtisadi əsaslarını yaratmış və xalqımızı öz müstəqilliyi uğrunda mübarizəyə hazırlamış, dövlətçiliyimiz üçün məhv olma qorxusu yarandığı illərdə həyatını təhlükə qarşısında qoyaraq, radikal müxalifət və digər destruktiv qüvvələrin cinayətkar hərəkətlərinin qarşısını almaqla dayanıqlı sabitlik və əmin-amanlıq şəraitini formalaşdırmış, Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsini şərtləndirən misli görünməmiş yenidənqurma və quruculuq işlərini həyata keçirmişdir.

308 saylı tam orta məktəbin şagirdi Hüseynzadə Hicrət ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə, zəngin idarəçilik təcrübəsinə, ölkəmizin sosial- iqtisadi inkişafina və beynəlxalq aləmdəki nüfuzunun artırılması məqsədi ilə apardığı ardıcıl və məqsədyönlü siyasətinə, elm,təhsil, mədəniyyət sahəsindəki xidmətlərinə həsr olunmuş məruzə ilə çıxış etdi.

Tədbirin sonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş şer və rəsm müsabiqəsinin qalibləri diplomlarla təltif olundular.

Keçidlər