Şriftin ölçüsü :

Saytın rəngi :

1941-1945-ci illər müharibəsində Qələbənin 71 illik yubileyi münasibətilə bir qrup Böyük Vətən Müharibəsi veteranları ilə görüş

07 may 2016 | 11:00

Yasamal rayon İcra Hakimiyyətində Dövlət Gömrük Komitəsi ilə birlikdə 1941-1945-ci illər müharibəsində qələbənin 71 illik yubileyi münasibətilə bir qrup Böyük Vətən Müharibəsi veteranı ilə görüş keçirildi.

Tədbiri giriş sözü ilə Yasamal rayon İcra Hakimiyyətinin Başçısı cənab İbrahim Mehdiyev açaraq veteranları 9 may - Qələbə bayramı münasibətilə təbrik etdi, ölkə Prezidenti cənab İlham Əliyevin veteranlara göstərdiyi qayğıdan və respublikada aparılan inkişafdan danışdı.

Dövlət Gömrük Komitəsinin İdarə rəisi, general-mayor Güloğlan Muradlı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin veteranlara ünvanladığı təbrik məktubunu tədbir iştirakçılarına çatdırdı, onlara can sağlığı, üzün ömür arzuladı. Böyük Vətən Müharibəsi iştirakçıları Bəkir Məmmədov, Damət Nəbiyev və rayon Müharibə və Əmək Veteranları Təşkilatının sədri Almaz Qasımova tədbirdə çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin Böyük Vətən Müharibəsi veteranlarına göstərdiyi diqqət və qayğıya, sosial problemlərinin həlli istiqamətində apardığı məqsədyönlü fəaliyyətinə görə minnətdarlıqlarını bildirdi.

Sonda veteranlara maddi və ərzaq yardımı paylandı və xatirə şəkilləri çəkildi.

Keçidlər