Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Vətən Müharibəsində Qələbənin 71 illiyi qeyd olundu

09 may 2016 | 11:00

Yasamal rayonunda 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsinin 71 illiyi münasibəti ilə tədbir keçirildi. Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin xatirəsinə ucaldılan abidə ziyarət olundu.

Mehdi Hüseynzadənin yaxınları və müharibə veteranları ilə görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev 1941-1945-ci illər müharibəsində Qələbənin əldə edilməsində layiqli xidməti olan Azərbaycan xalqının, o cümlədən, cəsur döyüşçülərimizin rəşadətindən söz açdı, Mehdi Hüseynzadənin BVM tarixində xüsusi xidmətləri olan Azərbaycanlı qəhrəmanlardan olduğu bildirildi. Qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra BVM iştirakçılarına diqqət və qayğı artırıldı. Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm əhəmiyyətli tədbirlər sayəsində müharibə veteranlarının sosial müdafiəsi daha da yaxşılaşıb.

Keçidlər