Şriftin ölçüsü :

Saytın rəngi :

“Onu zaman seçib”

06 may 2016 | 11:00

M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr olunmuş “Onu zaman seçib” adlı ədəbi-bədii tədbir keçirildi. XX əsr bəşər tarixinin ən parlaq şəxsiyyətinin zəngin həyat yolu,nəhəng fəaliyyəti böyük bir iftixar hissi ilə şagirdlərin kompozisiyasında öz əksini tapdı.

Məktəbin foyesində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto-stendlər nümayiş etdirildi. Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun monitorinq şöbəsinin müdiri, baş məsləhətçi Ceyhun Musaoğlu, aparıcı-məsləhətçi Almaz Axundova, Yasamal Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Yetkinlik Yaşına Çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Seymur Nağıyev, 60№li tam orta məktəbin müəllim və şagird kollektivi, Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva, 21№li tam orta məktəbin direktoru Ceyhun Bayramov, Bakı Türk Anadolu liseyinin icraçı direktoru Ömər Durak, Hədəf kurslarının aparıcı əməkdaşları iştirak etdi.

Tədbirdə Azərbaycan ordusunun möhtəşəm qələbəsinə həsr olunmuş video-çarx nümayiş etdirildi. Ulu tanrının Azərbaycan xalqına bəxş etdiyi bu böyük siyasətçinin həyat təcrübəsi və vətən məhəbbətini özündə əks etdirən ədəbi-bədii tədbir gənc nəsil üçün nümunəvi örnək dərsi oldu.

Keçidlər