Şriftin ölçüsü :

Saytın rəngi :

Çernobıl faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirildi

26 aprel 2016 | 11:00

Yasamal rayon Heydər Əliyev mərkəzində XX əsrin ən dəhşətli qəzalarından olan Ukraynanın Pripyat şəhərindəki Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokunda baş vermiş qəzanın 30-cu ildönümü ilə bağlı Çernobıl əlilləri ilə görüş keçirildi. Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Respublika Çernobıl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov, Cernobıl Əlilləri Cəmiyyətinin Yasamal rayon təşkilatının sədri Ceyhun İbadov və cəmiyyətin üzvləri, “Qızıl Aypara” cəmiyyətinin Yasamal rayon təşkilatının sədri Şahin Hüseynov iştirak etdilər.

Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, bu qəzanın ağır nəticələrinin aradan qaldırılması işlərində 7 mindən artıq Azərbaycan vətəndaşı xüsusi fədakarlıq göstərmişdir. Həmin insanların bir çoxu dünyasını dəyişmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra Çernobıl əlillərinin sosial durumu yaxşılaşdırılmış, onların statusu müəyyənləşdirilmiş, sosial prob- lemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görülmüş, onlara dövlət tərəfindən müavinət təyin edilmişdir. Bu qayğı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlətimizin başçısının təşəbbüsü ilə faciə iştirakçılarının müavinətləri dəfələrlə artırılmış, onların sosial müdafiəsi gücləndirilmişdir.

Respublika Çernobıl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov öz çıxışında Çernobıl qəzasında sağlamlıqlarını itirmiş insanların rifahının yaxşılaşdırılması Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin prioritetlərindən biri olduğunu vurğulayaraq, bu gün Çernobıl əlillərinin cəmiyyətimizdə fəal vətəndaşlıq mövqeyi nümayiş etdirdiklərini qeyd etdi.

Sonra Cernobıl Əlilləri Cəmiyyətinin Yasamal rayon təşkilatının sədri Ceyhun İbadov və cəmiyyətin üzvləri cənab Prezidentə onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər. Tədbirin sonunda videoçarx nümayiş olundu və “Qızıl Aypara” cəmiyyətinin rayon təşkilatı tərəfindən cəmiyyətin üzvlərinə ərzaq yardımı paylanıldı.

Keçidlər