Şriftin ölçüsü :

Saytın rəngi :

Mübariz əsgərəm mən də bu gündən

19 aprel 2016 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin , Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində “ Orduya dəstək” devizi altında “ Mübariz əsgərəm məndə bu gündən” adlı tədbir keçirildi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, “Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev,şəhid olmuş hərbi qulluqçuların ailə üzvləri, rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin Tələbə Gənclər Təşkilatlarının sədrləri, orta ümumtəhsil məktəblərinin “Şahin” komandaları, siyasi partiyaların,ictimai təşkilatların,Qeyri Hökumət Təşkilatlarının nümayəndələri,Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin və N saylı hərbi hissənin bir qrup gənc əsgər və zabitləri iştirak etdilər.

Qonaqlar rayon gənclərinin vətənpərvərlik mövzusunda çəkdikləri rəsm işlərindən ibarət sərgiyə baxış keçirdilər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Mərkəzin “Muzey” bölməsi ilə tanış oldular.

Toplantını Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova açıq elan etdi,daha sonra torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov çıxış edərək bildirdi ki, son günlər ordumuzun cəbhədə göstərdiyi rəşadət hər birimizdə böyük qürur hissi doğurur.O qeyd etdi ki, hərbi əməliyyatlarda uğurlarımızla yanaşı itgilərimiz də vardır.Son döyüşlərdə onlarla şəhid verməyimizə baxmayaraq hər bir azərbaycanlı gəncində intiqam hissi daha da alovlanır və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın yaxın vaxtlarda düşmən tapdağından azad olunacağına əminlik yaradır.

Şəhid Cabbar Hacıağayevin atası İlham Hacıağayev və şəhid Mirzəyev Muradın qayınatası Səlim Məmmədov Azərbaycanın mərd, məğrur, yenilməz ordusunun hər zaman öz şücaətini göstərdiyini qeyd etdilər.Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimiz hər zaman xalqımızın qəlbində daima yaşayıb və yaşayacaq.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova,Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, “Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev və digər iştirakçılar çıxış edərək, qüdrətli Azərbaycan ordusunun işğal altında olan torpaqlarımızı tezliklə azad edəcəyinə və öz torpaqlarından didərgin düşmüş həmvətənlərimizin öz yurd-yuvalarına qayıdacaqlarına əmin olduqlarını bildirdilər.

Sonda hərbi-vətənpərvərlik mövzusunda “Qarabağ” filmi nümayiş olundu.

Keçidlər