Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal məktəbliləri “Qələbəyə doğru” intellektual oyununun qalibləri oldular

19 aprel 2016 | 11:00

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar məktəblilər arasında "Qələbəyə doğru" intellektual oyunun sonuncu regional seçim turu Bakı şəhərində keçirilib.

Təşkil olunan yarışda Bakı şəhərinin bütün rayonlarını təmsil edən 12 komanda iştirak edib. Komandaların tərkibinə dünyagörüşü və intellektual səviyyəsi yüksək olan 5 məktəbli daxil edilib.

Akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunan “Nur dolu ömür” filminin nümayişindən sonra yarışa start verilib.

İntellektual oyunun nəticəsində Yasamal rayonunu təmsil edən komanda fərqlənərək final mərhələsində iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, intellektual oyunun final mərhələsi aprelin ayının 28-də Bakı şəhərində keçiriləcək.

Keçidlər