Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub

14 aprel 2016 | 11:00

Yasamal Rayon İcra Hakimiyyətində ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirildi. Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev çıxış edərək əvvəlcə son günlər qoşunların təmas xəttində baş verən hadisələrdən danışdı, erməni təxribatlarının qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındığını bildirdi.

Hesabat məruzəsində tədbir iştirakçılarının diqqəti rayonun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə müvafiq dövr ərzində görülmüş işlərə, həyata keçirilmiş tədbirlərə və qarşıda duran vəzifələrə yönəldildi.Respublikamız-da aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Yasamal rayonunun da hərtərəfli inkişafı üçün böyük işlərin görüldüyü və bu işlərin hazırda da uğurla davam etdirildiyi diqqətə çatdırıldı.Qeyd olundu ki, cari ilin birinci rübündə rayonda həyata keçirilmiş kompleks tədbirlərin nəticəsi olaraq 2189 nəfər işlə təmin olunub. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə rayonda abadlıq və quruculuq işlərinin görülməsi üçün dövlət büdcəsindən 551340 manat, 5 çoxmənzilli binanın təmiri üçün isə 884800 manat vəsait ayrılıb.Fevralın 1-dən Yasamal Rayon İcra Hakimiyyətinin xətti ilə yeni açılmış iş yerlərinin sayı 808 təşkil edir. Hazırda 422 nəfər işlə təmin olunub. Digər 386 vakant yerlərə işçilərin qəbulu davam etdirilir.

2016-2020-ci illərdə Yasamal rayonu ərazisində qəzalı vəziyyətdə olan 18 yaşayış binasının mərhələli şəkildə sökülüb yenidən tikilməsi nəzərdə tutulur. Hazırda A.M.Şərifzadə küçəsindəki 122 nömrəli qəzalı vəziyyətdə olan dördmərtəbəli yaşayış binasının sakinləri artıq köçürülüb. A.M.Şərifzadə küçəsindəki 86 nömrəli, İ.Zülalov küçəsindəki 19 nömrəli evlərin sakinlərinin köçürülməsi işlərinə başlanılıb.

Hesabat iclasının yekununda rayon icra hakimiyyətinin başçısı Yasamal rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, abadlıq, quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə rüb ərzində görülən işlərin gələcəkdə də uğurla davam etdiriləcəyini vurğuladı.

Keçidlər