Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar- Memorial abidə kompleksi önündə tədbir.

20 yanvar 2016 | 11:00

Yasamal Rayon İcra Hakimiyyəti 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan tədbir keçirdi. 20 Yanvar Memorial abidə kompleksində təşkil olunan tədbir, bütün ölkə ərazisində olduğu kimi, bir dəqiqəlik sükutla başladı. Abidə kompleksinin önünə əklillər qoyuldu, şəhidlərin xatirəsi anıldı. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Rayon İcra Hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və gənclər abidə kompleksinin önünə gül dəstələri düzərək Azərbaycanın suverenliyi və azadlığı uğrunda şəhid olanların xatirəsini andılar. 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirdi ki, faciəyə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verildi. Rayon başçısı vurğuladı ki, ölkəmizin müstəqilliyi yolunda canlarını fəda etmiş şəhidlərin xatirəsi daim əziz tutulacaq.

Keçidlər