Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti Başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin sosial-iqtisadi inkişafı yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş illik hesabat yığıncağı keçirildi

18 yanvar 2016 | 11:00

308 saylı tam orta məktəbin akt zalında Yasamal rayon İcra Hakimiyyəti Başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2015-ci ilin sosial-iqtisadi inkişafı yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş illik hesabat yığıncağı keçirildi.

Hesabat yığıncağını Yasamal rayon İcra Hakimiyyəti Başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Coşqun Əliyev çıxış edərək, ərazi üzrə xidmət sahələrinin nümayəndələrini, rayon sakinlərini salamlayıb tədbiri açıq elan etmişdir. Daha sonra 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş illik hesabatı məruzə etdi. Məruzədə Nümayəndəliyin rayon ərazisində keçirilən tədbirlərdə və rayonun ictimai-siyasi həyatında yaxından iştirak etdiyini vurğulamışdır.

Rayon İcra Hakimiyyəti Başçısının 272 nömrəli 12.07.2013 – ci il tarixli Yasamal rayon ərazisində Azərbaycan Respublikasında Dövlət Dili haqqında qanunun icrasının təmin olunmasına nəzarət məqsədi ilə 2014-cü ildə xüsusi komissiyanın yaradılması haqqında sərəncama uyğun olaraq idarə və təşkilatlarda xidmət sahəsində reklam və elanlarda yalnız Dövlət Dili işlənməsinin təmin etmək və bu sahədə mövcud olan özbaşınalıqların qarşısını almaq məqsədi ilə yaradılmış komisiyanın iş qrafiki ilə mövcud vəziyyət öyrənildiyi və Dövlət dili haqqında qanunun tələblərinə zidd olaraq idarə, təşkilat, ticarət və digər obyektlərin adı və fəaliyyət növü haqqında məlumatların yerləşdirildiyi lövhələrin şüşə divar reklamlarının xarici dillərdə yazılması halları aşkar edilmiş və baş vermiş bu qanun pozuntularının qarşısı alınmış, nəticədə 200-ə yaxın reklam şitləri və şüşə-divar reklamları tərəfimizdən söküldüyü bildirilmişdir.

Ərazidə mənzil kommunal təsərrüfatı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumların mənzil kommunal istismar sahələrinin fəaliyyəti İcra Hakimiyyəti Başçısının müəyyən etdiyi məsələlər üzrə əlaqələndirilir. Bu sahələrə dair rayon İcra Hakimiyyəti Başçısının Aparatına və nümayəndəliyə daxil olmuş ərizə və şikayətlərin qeydiyyatının aparılması və mövcud problemlərin aradan qaldırılması haqqında məlumat təqdim olunduğu qeyd olunmuşdur.

2015-ci il Azərbaycan Respublikasında Parlament seçkiləri ili olmuşdur. Nümayəndəliyin ərazisində yerləşən 23, 24, 25, 26, 27, 28, 29, 30 saylı seçki məntəqələrində Parlament seçkiləri yüksək səviyyədə həyata keçirilmiş və nəticə olaraq orta hesabla 60-65 faiz seçicilər seçkilərə cəlb edilmişdir.
Nümayəndəliyimizin ərazisində 2015-ci ildə istər təhsil, istərsə də səhiyyə sahəsində yeni inzibati binalar istifadəyə verilmişdir.

15 sentyabr 2015-ci il tarixində ərazimizdə Şuşa şəhər 1 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilmişdir. Məktəbdə yüksək səviyyəli istilik sistemi quraşdırılmış, həyət abadlaşdırılmış, asfalt örtüyü vurulmuş, idman meydançası salınmış və bina yüksək səviyyədə təmir edilmişdir.

Eyni zamanda 2015-ci ildə nümayəndəliyimiz üçün nəzərdə tutulmuş 120m2–də ibarət ərazidə yeni bina inşa edilib təhvil verilmişdir. Həmçinin, Laçın rayonundan olan məcburi köçkün kimi məskunlaşan iki ailə qonşuluqda yeni inşa edilmiş iki mərtəbəli mənzillə təmin edilmişdir. Mənzil yeni və müasir üslubda tikilmiş, mətbəx mebeli və digər avadanlıqlar təchiz olunmuşdur.

Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin 5.1.7 bəndinə əsasən Azərbaycan Respublikası Seçki Məcəlləsinin 46.14 və 46.15 maddələrinə uyğun olaraq daimi seçki siyahılarının tərtib edilməsi üçün ərazidə aktiv seçici hüququna malik olan seçicilər haqqında məlumatların rayon İcra Hakimiyyəti Başçısına təqdim olunması təmin edilmişdir. Ümumilikdə 4549 ədəd ev təsərrüfatının uçotu kitabı işlənib hazırlanmış və mütəmadi olaraq dəyişikliklər haqqında kitablara müvafiq qeydlər aparılmışdır.

Hesabatda yığıncağında, Yasamal rayon İcra Hakimiyyəti Başçısının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Elşən Mustafayev, 19 saylı Mənzil Komunnal-İstismar Birliyinin rəisi Teymur Mahmudov, 308 saylı tam orta məktəbin direktoru Təranə Məmmədova çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yasamal rayonuna göstərdiyi uğurlu, məqsədyönlü siyasətindən,diqqət və qayğısından danışılmış,vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün verilən tapşırıqların həyata keçirilməsi istiqamətində işlər görülməsindən bəhs edilmişdir.Sonda nümayəndəliyin hesabat yığıncağının qərar layihəsi oxunmuşdur və iclas iştirakçıları nümayəndəliyin 2015- ci il üçün illik hesabatını qənaətbəxş hesab etmişlər.

Keçidlər